
43 milyon avroluq cəza
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Ölümlərin sayının doğumları keçməsi 10 il tez baş verdi
Mədəniyyət Naziri Raşida Datiyə cinayət işi açılıb
Fransada liderlərə dəstək tarixi minimumda
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Fransa hökumətindən sərt qənaət qərarı
KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirilir
Fransada hərbi xidmət geri qayıdır
Kamera yoldaşının çantasında gizlənərək qaçdı
Onlarla ev və avtomobil yanıb, nəqliyyat iflic olub
Makronun xanımı onun əlini niyə havada qoydu?
Fransanın ifrat sağçı Milli Birlik Partiyasının 29 yaşlı lideri Jordan Bardella Marin Le Penin 5 il müddətinə siyasi qadağa qoyulmasından sonra prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşır. Bardella partiyasının dəstəyi ilə ifrat sağçıların yeni siması kimi ortaya çıxsa da, 2027-ci il seçkiləri ölkə siyasətindəki tarazlığı dəyişəcək kimi görünür.
Əgər seçilərsə, Jordan Bardella Avropanın ən gənc prezidenti olacaq.
Partiyanın lideri Marine Le Pen korrupsiya ittihamı ilə beş il müddətinə seçkilərə qadağa qoyulduqdan sonra gənc siyasətçi Bardellanın yolu açılıb.
O, “Le Parisien” qəzetinə müsahibəsində “Marin Le Pen mənim namizədimdir, lakin sabah onun namizədliyini irəli sürməsinə mane olarsa, mən onun namizədi olacağam. Budan artığını dəqiq deyə bilmərəm”, – deyib.
***
Avropa Parlamentində korrupsiyada təqsirli bilinən Marin Le Penə 5 il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib, lakin xanım siyasətçi apellyasiya şikayətinin nəticəsini gözləyir.
Le Pen, prezident Emmanuel Makronun ikinci müddətinin başa çatdığı 2027-ci il seçkilərində prezidentliyi qazanma şansını ən yüksək səviyyədə görmüşdü. Le Penin planı onun prezident, Bardellanın isə baş nazir olması idi. Bununla belə, baş nazirlikdən prezidentliyə namizədə çevrilən Bardella baş nazirlik və prezidentlik üçün tələb olunan keyfiyyətlərin çox oxşar olduğunu bildirib.
Bardella prezidentliyə namizədliyini irəli sürəcəyini açıq şəkildə bildirib. Gənc siyasətçinin namizədliyi partiyası tərəfindən dəstəklənib.
***
2027-ci il seçkilərinin siyasi tarazlığı necə dəyişəcəyi hələ aydın deyil. Makronun mərkəzdən dəstək verəcəyi namizədin və ya sağ mərkəzçinin ifrat sağçılara qarşı əsas rəqibi olacağı gözlənilir.
Keçmiş baş nazir Eduard Filipp namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb. Digər keçmiş baş nazir Qabriel Attalın da namizədliyini irəli sürməyə hazırlaşdığı bildirilir.
Fransanın ədliyyə naziri Cerald Darmanin aprelin 25-də “Namizəd olmaq istəyirəmmi? Bəli. Bu mövzuda layihələrim varmı? Üzərində çalışıram”, – deyərək, siyasi iddiasını açıqlamışdı.
Darmanin, bir çox mərkəzçi fiqurun namizədliyini irəli sürməyi düşündüyünü vurğulayaraq, “Ortaq namizəd irəli sürmək bizim borcumuzdur”, – deyib.
***
1995-ci ildə Parisətrafı Dransidə anadan olan Bardella siyasətə hələ 16 yaşındaykən Marin Le Penin rəhbərlik etdiyi Milli Cəbhəyə qoşulub.
Bardella Paris-Sorbonna Universitetində coğrafiya üzrə təhsil alıb, lakin siyasi karyerasına diqqət yetirdiyi üçün təhsilini tamamlamayıb.
Gənc siyasətçi sosial məsələlərə həssaslığı, gənclərlə ünsiyyəti ilə tez gündəmə gəlib. 2022-ci ildə partiyanın sədri seçilən Bardella anti-immiqrant və millətçi ritorikası ilə tanınır. O, partiyasını daha geniş auditoriyaya çatdırmağı hədəfləyir.