
Marsda “Leopar ləkələri” ...
... Həyatın izi ola bilər?
... Həyatın izi ola bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Yer, Günəş və Ay tam bir xətt üzrə yerləşəcək
“Göy üzünü Ay kimi işıqlandırdı”
Planet ətrafında hərəkət edən və adı qoyulmayan göy cisminin sayı 29-a çatdı
Qırmızı planetdə yaşam üçün tarix verildi
Planetin tədqiqatı yeni bir maye sinfini ortaya çıxardı
Evin üstünə düşən meteorit Yer planetindən daha qədim çıxdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
Tulsi Qabbardın “yadplanetlilərə inanıram” deməsi nəyə işarədir?
Zaman haqqında mübahisəli fikirlər
Stiven Hokinqin yadplanetli xəbərdarlığı gerçəkləşirmi?
Yer üzündəki həyatın kosmik mənşəli ola biləcəyinə dair yeni sübutlar tapılıb
Onu nə vaxt və harada izləmək olar?
Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən xəbərə görə, yağışın maksimumu isə mayın 6-da gözlənilir.
“η-Aquariid” meteor yağışı hər il Yerin Halley kometasının orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər – “axan ulduzlar” əmələ gətirir.
“η-Aquariid” yağışının mənşəyi Halley kometasıdır. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometalardan biridir. Maraqlıdır ki, Halley kometası həm mayda müşahidə olunan “η-Aquariid”, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.
Halley kometasının Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometanın 1531, 1607 və 1682-ci illərdə görünən kometalarla eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometa Halley adlandırılıb.
Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə “η-Aquariid” ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30-40° uzaq sahəyə baxmaq tövsiyə olunur.
“η-Aquariid” meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.
“η-Aquariid” meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.