

100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
Polisi heyrətləndirən oğrular tutuldu
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
İspaniya jandarmı qeyri-qanuni mühacirləri çətinliklə dayandırdı
Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
Daha üç nümayəndəliyə zərflər göndərilib
Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub
İspaniyanın ifrat sağçıları bütün göstəriciləri üstələyir
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
25 diplomat və səfirlik işçisinin ölkədən çıxarılacağı bildirilir
160 ton məhsulu zay ediblər
Kataloniya polisi 100-dən artıq şəxsi həbs edib
19 nəfər xəsarət alıb
«Məncə bu addım əks təsir yaradacaq, çünki bu, Puçdemonun həbs edilmək şansını artırır»
İspaniya parlamentindəki iclasındakı çıxışında Podemos lideri İone Belarra solçu koalisiya hökumətinin qeyri-müntəzəm immiqrasiya siyasətini sərt şəkildə tənqid edib və ana müxalifətdəki sağçı Xalq Partiyasını və ifrat sağçı “Vox”u “irqçi zorakılığı təşviq etməkdə və ölkədəkilərə bənzər iğtişaşlar törətməkdə ittiham edib.
Belarra, “İspaniyanın immiqrasiya problemi yoxdur, çox ciddi irqçilik problemi var. Bu səbəbdən irqçiliyə qarşı cəsarətli siyasətlərə ehtiyac var. Bizi narahat edən əcnəbilər deyil, qayıqla gələnlər deyil. Bizim sərvətimizi oğurlayanlar – “Amazon”, “Carrefour”, “Starbucks”, “Mc Donalds” və başqalarıdır”, – deyib.
Podemos lideri İspaniyanın baş naziri Pedro Sançesin qeyri-qanuni mühacir problemini həll etmək üçün bu gün başlayan Seneqal, Mavritaniya və Qambiya səfərinin problemin həlli olmadığını qeyd edərək, “bu cür siyasətlərin sadəcə daha çox sərhədlər yaradaraq insan hüquqlarının pozulmasına səbəb olduğunu”, – deyib.
Belarra İspaniyada təxminən 500 min qeyri-qanuni immiqrantın qanuni yaşayış icazəsi almasına imkan verəcək qanun layihəsinin qəbulunu tələb edib.
İspaniyada bu ilin ilk 8 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə xüsusilə Kanar və Balear adalarından ölkəyə gələn qeyri-qanuni mühacirlərin sayında təxminən 70 faiz artım qeydə alınıb.
Rəsmi məlumatlara görə, yanvarın 1-dən avqustun 15-dək İspaniyaya ümumilikdə 31 min 155 qeyri-qanuni immiqrant daxil olub ki, bunun da 22 min 304-ü Kanar adalarındandır.
Bundan əlavə, Şimali Afrikanın İspaniyanın Seuta ərazisində də oxşar problemlər yaşanarkən, qeyri-qanuni mühacirlərin yerləşdirildiyi sosial mərkəzlərdə doluluq nisbətinin 479 faizə çatdığı bildirilir.