... «Barsa» necə olacaq?
Kataloniya müstəqilliyini elan edərsə, ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Melodan İspaniyaya ərazi iddiası
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
-
Lüks ev qarətçiləri
Polisi heyrətləndirən oğrular tutuldu
-
Madriddən Kiyevə veto
İspaniya Ukraynaya göndərdiyi silahların Rusiya ərazisində istifadəsinə icazə vermir
-
“Çox ciddi irqçilik problemi var”
İspaniya müxalifəti lideri: “Bizi narahat edən qayıqla gələnlər deyil”
-
Qayığın üstündən keçdi
İspaniya jandarmı qeyri-qanuni mühacirləri çətinliklə dayandırdı
-
Dənizi üzərək keçiblər
Mərakeşli immiqrantlar dumandan istifadə edib İspaniya ərazisinə daxil olublar
-
Əsrin sonunda Avropa cəhənnəmə dönəcək
Həddindən artıq istilər səbəbindən ölümlər 5 dəfə artacaq
-
Merdən mübahisəli qərar
Barselonada turistlərə mənzil kirayələmək qadağan edilib
-
Budəfəki daha qanlı olub
Daha üç nümayəndəliyə zərflər göndərilib
-
Ukrayna səfirliyində terror
Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub
-
Avropa millətçiliyi yüksəlişdə
İspaniyanın ifrat sağçıları bütün göstəriciləri üstələyir
-
İspaniyada ikinci isti dalğası
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
-
İspaniya da rusları qovur
25 diplomat və səfirlik işçisinin ölkədən çıxarılacağı bildirilir
-
İspaniyada “pomidor döyüşü”
160 ton məhsulu zay ediblər
-
İspaniya erməni mafiyasını məhv edir
Kataloniya polisi 100-dən artıq şəxsi həbs edib
-
Katalonlar İspaniya kralına hücum etdi
19 nəfər xəsarət alıb
Kataloniya həqiqətən də İspaniyadan ayrılarsa, regionun həyatının bütün sahələrində ciddi dəyişikliklər olacaq. Artıq mərkəzi ofisləri Barselonada yerləşən bir çox iri şirkətlər Madridə köçməyə başlayıb. Bu mənada idman da istisna deyil. Tanınmış «Barselona» futbol komandası İspaniya La Liqasına daxil olmasa, harada oynayacaq?
Müstəqillik referendumundan sonra bütün həftə ərzində Kataloniyada İspaniyadan ayrılmanın tərəfdarları və əleyhdarlarının mitinqləri keçirilib. Eyni zamanda, Kataloniya hökumətinin başçısı Karles Puçdemon (Carles Puigdemon) müstəqilliyin istənilən halda elan ediləcəyini vəd edib. O deyib ki, bu, birtərəfli qaydada olsa belə, baş verəcək. Artıq bu gün – oktyabrın 10-da müstəqilliyin elan ediləcəyi gözlənilir.
«Klubdan daha artıq»
«Barselona» İspaniyada ən uğurlu klublardan biridir. O, 24 dəfə La Liqanın (İspaniya çempionatı), 29 dəfə Kral Kubokunun, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. «Barselona»nın devizi isə belədir: «Klubdan daha artıq». Doğrudan da «Barselona» sadəcə klub deyil. Bu, öz qəhrəmanları, ənənələri və son hadisələrdən göründüyü kimi, öz nəzər-nöqtəsi olan bütöv bir mədəniyyətdir. Dəfələrlə «Barselona»nın ayrı-ayrı oyunçuları Kataloniyanın müstəqilliyini dəstəkləyiblər. Oktyabrın 1-də isə klub katalanların müstəqillik referendumunda azad səs vermək hüququnu açıq dəstəkləyib.
Kataloniyada futbolun özü də sadəcə futbol deyil. Burada hər kəs futbol oynayır. Hər ikinci adamsa «Barselona»nın azarkeşidir. İlk baxışdan elə görünürdü ki, azarkeşlərin sıralarını heç nə poza bilməz, ancaq müstəqillik referendumu bunu edə bildi.
Proqramçı Mandela Oyeleke «Barselona»nın azarkeşidir. O deyir ki, onun sevimli futbol klubu regionun müstəqilliyini birbaşa dəstəkləmir. O hesab edir ki, klubu mübahisəli söhbətlərə qoşmağa dəyməz. Elə buna görə də referendum günü «Barselona» meydançaya çıxaraq Kanar adalarının «Las Palmas» komandası ilə oynayıb. Ancaq oyun tamaşaçılarsız keçib: İspaniya Futbol Federasiyası referenduma görə oyunun kütləvi dava ilə başa çatacağından ehtiyatlanıb.
«Həddindən artıq neytral mövqe tutur»
Kataloniyalı Cuana Ramon Barbu (Juana Ramon Barbu) da «Barsa» fanatıdır. Ancaq o, klub rəhbərliyinin meydançaya çıxaraq oynamaq qərarından məyus olub. O deyir ki, stadionun divarları arxasında sənin həmvətənlərini rezin güllələrlə qovurlarsa, turnir cədvəlində 3 xala görə mübarizə aparmaq olmaz: «Fikrimcə, indi klub çox neytral mövqe tutur – həddindən artıq neytral. Desmond Tutunun (Keyptaunun Anqlikan arxiyepiskopu, aparteidə qarşı fəal mübariz, Nobel Sülh Mükafat laureatı (1984)) dediyi kimi, «Əgər siz ədalətsizlik məsələlərində neytral qalırsınızsa, deməli, zalımın tərəfindəsiniz». Klubun prinsipə getməyərək oktyabrın 1-i «Las Palmas»la oynaması məni çox, çox məyus edir. Həmin gün Kataloniyanın küçələrində baş verənləri nəzərə alsaq, onlar oyundan imtina etməli idilər».
«Barselona»nın referendumla bağlı mövqeyini aydın ifadə etmiş yeganə oyunçusu İspaniya millisinin müdafiəçisi Cerard Pikedir (Gerard Piqué). O, hətta İspaniya millisində çıxışlarına son qoymağa hazır olduğunu da deyib: «Biz futbolçuyuq. Ancaq biz ilk növbədə insanıq. Mən siyasətdən danışmaq istəməyən futbolçuların mövqeyini anlayıram. Siyasətdən danışmaq çətinlik yaradır, bunu mən sizə dəqiq deyə bilərəm. Ancaq niyə də öz fikrimizi bildirməyək?».
İki seçim
Kataloniyanın İspaniyadan ayrılacağı halda klubun iki seçimi var: yeni dövlətin öz liqasını yaratmasını gözləmək, yaxud da başqa ölkənin liqasında oynamaq.
«Müstəqillik elan edilərsə, «Barsa»nın İspaniya La Liqasından çıxması... reallıqdır və biz onu qəbul etməyə hazırıq». «Barsa»nın Liqadan çıxarılması ilə bağlı hədələr bir məqsədə xidmət edir – biz qorxaq və seçdiyimiz yoldan dönək. Ancaq şəxsən mən «Barsa»nın həqiqətən də İspaniya liqasını tərk edərək hansısa başqa bir liqada oynamasına üstünlük verərdim», – Cuana Ramon Barbu deyir.
«Barselona»nın başqa liqada oynayıb-oynamayacağı indi Kataloniya parlamenti və onun qərarından asılıdır. Artıq bir həftədir ki, bütün ölkə gözləyir: millət vəkilləri İspaniya Konstitusiya Məhkəməsinin qadağan etdiyi müstəqillik səsverməsi üçün toplaşacaqlar, yoxsa yox? Müstəqillik elan edilərsə, klubun qarşıda hələ çox işi var. Beynəlxalq çempionatlarda iştirak edə bilməkdən ötrü komanda hansısa dövlətin futbol federasiyasının tərkibində olmalıdır. Kataloniya dövləti isə, güman ki, hələ yaxın zamanda beynəlxalq səviyyədə tanınmayacaq.