vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
16:04 | 24 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəkillərlə video görüş

Məhbuslara noutbuk və mobil telefon verən həbsxana

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Britaniyanın Norfolkdakı həbsxanasında məhbuslara yemək sifariş etmələri üçün noutbuklardan istifadəyə icazə verilib.

Məqalədə dedyilir ki, «Wayland» həbsxanasında məhbuslar noutbuklardan istifadə etməklə həm də həbsxana mağazasından istədikləri malları gətirdə bilirlər.

Məhbuslara habelə ailə üzvləri və yaxınları ilə əlaqə saxlaya bilmələri üçün mobil telefon rabitəsi də verilib.

Məqalədə deyilir ki, ömürlük həbs cəzası çəkən 100 nəfər də daxil minədək məhbusu olan «Norfolk» həbsxanası «rəqəmsallaşdırma layihəsində» iştirak edir.

Yeganə fərqli məqam budur ki, bütün bunlar hələlik yalnız həbsxananın öz divarları arasında işləyən şəbəkədə mümkün olur. Başqa sözlərlə kompüterlər geniş mənada internetə çıxış vermir.

Həbsxanada 2013-cü ildən bəri hər kameranın öz telefonu quraşdırılıb. Burada da müəyyən məhdudiyyət mövcuddur. Onlardan iş günlərində istifadəyə icazə verilmir.

Britaniyanın baş həbsxanalar idarəsi bildirir ki, daxili telefonların və noutbukların olması məhbuslara administrasiya sisteminə daha yaxşı giriş verir.

Gələcəkdə həbsxanaların vəkillərlə görüş hissəsindən videozənglərin edilməsinə icazə veriləcəyi də gözlənilir.

Bununla yanaşı həbsxanalarda tədris proqramlarının yaxşılaşdırıması məqsədilə texnologiyaların daha geniş tətbiqi təklif olunur.

Bu ilin əvvəllərində hökumət bildirmişdi ki, bəzi məhbuslara videofon texnologiyası vasitəsilə «virtual görüş» imkanı veriləcək.

Müfəttişlər «Norfolk»da yerləşən bu həbsxanada məhbusların ümumi əhval-ruhiyyəsinin yüksək olduğunu söyləyirlər.

Buna baxmayaraq, həbsxanada narkotik maddələrin «qaçaqmalçılığı» davam edir. Kameralarda aparılan axtarış zamanı çox sayda əldəqayırma alkoqollu içkilər və mobil telefonlar tapılıb.