
Qaçdığı düşünülən məhkum tapıldı
12 saat axtarılan məhbusun məüyyən olunduğu yer ədliyyəçiləri şoka saldı
12 saat axtarılan məhbusun məüyyən olunduğu yer ədliyyəçiləri şoka saldı
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Elektrik böhranı Avropaya yayıldı
Ordu küçələrə çıxdı, Avropa ölkələri panikada
Üç ölkədə elektrik enerjisi kəsildi
Həbsxana mühafizəçilərinin evinə hücum edənlərə mükafat təyin edilib
Sadəcə düzgün istifadə etməyi bilən və bilməyənlər var
Məhbusun orta hesabla gündəlik saxlanma xərci bir qurumda 105, nazirlikdə isə 130 avro göstərilir
Cəzaçəkmə müəssisələrində yer qalmayıb, məhbuslar yerdə yatır
Eyni vaxtda baş verən əməliyyatlarda avtomobillər yandırılıb, avtomatlarla atəş açılıb
Məhbus ziyarətə gələn arvadını öldürdü
Azot qazı ilə edam mübahisələrə səbəb olub
100 ildir mübahisəsi davam edən Olivenza yenidən mübahisə mövzusu olub
Portuqaliya prezidenti: “Avropada və dünyada bir dövrün sonu və dərin böhran gəlir”
Volqoqrad həbsxanasında baş verən üsyan yatırıldı
Portuqaliya hökuməti sentyabrın 7-də Lissabon həbsxanasından qaçan 5 məhbus üçün milli və beynəlxalq həyəcan təbili çalıb.
Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Sisteminin Baş Katibi Manuel Vieira mətbuata verdiyi açıqlamada bildirib ki, sentyabrın 7-də ikisi portuqaliyalı, biri argentinalı, biri britaniyalı və biri gürcü olmaqla 5 məhbus, paytaxt Lissabonun 70 kilometr şimalındakı Alcoentre qəsəbəsindəki “Vale de Judeus” həbsxanasından kənardan aldıqları yardımla qaçmağı bacarıb.
7 ildən 25 ilə qədər həbs cəzası alan məhkumların çoxunun təhlükəli olduğunu qeyd edən Vieira, ölkə daxilində bütün təhlükəsizlik sistemlərinin işə salındığını, qaçan şəxslərlə bağlı lazımi məlumatların İnterpol və Avropola verildiyini, beynəlxalq axtarış və həbs qərarı verildiyini bildirib. “İndi biz həm milli, həm də beynəlxalq səviyyədə informasiya dövriyyəsi ilə kifayət qədər rahatıq. Ediləcək hər şey edilib”.
Portuqaliya hökumət rəsmisi indiki mərhələdə sərhədlərin bağlanmasına ehtiyac olmadığını vurğulayıb.
“Narkotik ticarəti”, “çirkli pulların yuyulması”, “oğurluq”, “quldurluq”, “qəsb” mütəşəkkil cinayətkarlıq ittihamları ilə məhkum edilmiş qaçaq məhbusların şəxsiyyətləri Fernando Ribeiro Ferreira, Rodolf Jose Lohrmann, Mark Kameron Roskalir, Fabio Fernandes Santos Loureiro və Şergili Farjiani olduğu bildirilib.
Portuqaliya Polis Xidmətinin baş direktoru Luis Neves də qaçan məhbusların azadlıq üçün hər şeyi edə biləcəyi və onların təhlükəli və zorakılığa meylli olduqları barədə xəbərdarlıq edib. Məhkumların həbsxana divarına kənardan qoyulmuş nərdivandan istifadə edərək qaçdıqları və həbsxana rəhbərliyinə qarşı istintaqın davam etdiyi paylaşılıb.
Vale de Judeus uzunmüddətli məhbusların və çoxlu xarici məhbusların saxlandığı böyük həbsxana kimi tanınır.