Jirinovski Sobçakın həbsini istədi
«O, beş il müddətinə ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jirinovski öldü
Qalmaqallı deputat fevralın əvvəlindən Moskva xəstəxanasında müalicə alırdı
-
Jirinovski “yenə” niyə öldü?!
... Yaxud siyasi oyunbazın, siyasi oyuncağı
-
“Fikirləri ikrah doğurur”
Çingiz Abdullayevdən rusiyalı senatora şillə kimi cavab
-
Jirinovski Türkiyəyə gedir
Ərdoğanın inauqurasiyasında iştirak etmək üçün …
-
“Heç nə alınmayacaq”
Jirinovski: “Ermənilər Paşinyanı gətirdiklərinə peşman olacaqlar”
-
“İrəvan quberniyası yaransın”
Jirinovski: “Ermənilər daha betər hakimiyyət alacaqlar”
-
Jirinovskinin alimlərdən gülməli istəyi
RLDP sədri Moskvadan İrəvana metro xətti çəkməyi təklif etdi
-
«Hər şeyi açıb danışa bilmərəm»
Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı
-
Namizədlərin debatında insident
Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atdı
-
«Niyə bu belədir?»
Kseniya Sobçak Putindən soruşub: «Müxalifətçi olmaq o deməkdir ki, səni öldürəcəklər və ya həbs edəcəklər»
-
«Dövlət çevrilişi istəyirsiniz?»
Putin Sobçakın sualına sualla cavab vedi
-
Kremlin zəhər dilindən növbəti hədə!
Rusiya Jirinovskinin acı ağzı ilə Avropanı və postsovet ölkələrini təhdid etdi
-
Başımız üstündəki kabusdan necə qorunmalı?
Asanca «Krılovun quzusu»nun vəziyyətinə düşə bilərik!
-
Dugin bizi hara çəkir?
Akademik karyerası şübhəli olan filosofun «dördüncü ideologiya» ilə bağlı fikirləri də cəfəngiyyatdır
-
Putinin kürsüsünə «qarmaq atan» qadın
Kseniya Sobçakı Azərbaycanla nə bağlayır...?
-
«Krımda yenidən referendum keçirilməlidir»
Kseniya Sobçak: «Orda yaşayan insanlara geosiyasət subyekti kimi yanaşa bilmərik»
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır. Bu barədə RİA Novosti xəbər yayıb.
V.Jirinovskinin sözlərinə görə, Rusiyada prezident seçkilərində iştirak etmək istəyən bir qadının ortaya çıxıb, Krımın Ukraynaya mənsub olduğunu bildirməsi yolverilməzdir: «Bu, cinayətdir. Baş prokuror cinayət işinə başlamalıdır, İstintaq Komitəsi cinayət işi açmalıdır və məsələ məhkəməyə ötürülməlidir. O, beş il müddətinə həbs edilməlidir».
Partiya sədri qeyd edib ki, Sobçak kimi namizədlər ucbatından 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.
Xatırladaq ki, K.Sobçak prezident seçkilərində iştirak edəcəyini bəyan etdiyi ilk mətbuat konfransında Krımın Ukraynanın ərazisi olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya-Ukrayna münasibətləri yenidən bərpa olunmalıdır.