Başımız üstündəki kabusdan necə qorunmalı?
Asanca «Krılovun quzusu»nun vəziyyətinə düşə bilərik!
Hüseynbala SƏLİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
Ötən dəfə Kreml ideoloqu, professor A.Duqinin Türkiyə-NATO münasibətləri ilə bağlı dediklərindən yazmışdıq və diqqətdən qaçıranlar üçün xatırladaq ki, o, Türkiyənin də Şimali Atlantika Bloku ilə vidalaşacağını xəbərləmişdi.
Amma indi burada bir az fərqli məsələ düşündürür bizi. Türkiyə qardaş ölkə, güvənc yerimiz olsa da, hər halda özünün ayrıca cəmiyyəti, siyasi isteblişmenti, hərbi elitası, böyük bir dövlətçilik ənənələri və immuniteti olan dövlətdir.
O dəfə də vurğulamışdıq ki, çətin, Türkiyəylə belə «nömrə» baş tutsun, baxmayaraq, adda-budda, guya ki, onun da Avrasiya İqtisadi Birliyinə meyllənməsinə dair sərsəm söhbətlər səngimir.
O ki qaldı bir daha NATO məsələsinə, bəlkə də nahaq yerə narahat oluruq və yəqin ki, elə belədir, amma qardaş ölkənin parlamentariləri, müxalif partiyaları və hətta hərbi elitasının təmsilçiləri hakim partiyadan bunun şərhini soruşsalar, heç də pis olmaz, çünki belə bəyanatlar birinci dəfə səslənmir və müəllifləri də nə az, nə də çox, Türkiyənin hakim siyasi elitasına istinad edirlər...
Gəl ki, yenə də bu sayıqlamaları ciddiyə almaq niyyətində deyilik. O dəfə də yazdıq ki, bizi narahat edən A.Duqinin eyni missiyayla ara-sıra Bakıda da görünməsidir. Üstəlik, Ərdoğan-Putin görüşü ərəfəsində xəbərlər gəzdi ki, guya, Kreml üç şərt irəli sürüb: Azərbaycan Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalı, Qarabağda rus sülhməramlıları yerləşdirilməlidir!..
Doğrusu, heç vaxt öncəgörmələri nəzərə almağa meylli olmamışıq. Amma digər tərəfdən, məgər sirdirmi ki, ruslar çoxdan Azərbaycanı da Avrasiya Birliyində, ələlxüsus da, hələ 90-cı illərin əvvəlindən KTMT-də görmək istəyir? Bunun nəticəsi deyildimi ki, bir vaxt Azərbaycanda hakimiyyətlər ilin fəsilləri kimi dəyişirdi? Kiminçünsə sirdirmi ki, bu məqsədlə Kremlin nəinki diplomatları, hətta Duqin kimi ideoloqları da Bakıya səfərlər edirdilər?..
Sülhməramlılar da daim tələblərin önündə olub. Qarabağ üçün ən yüksək status və bir də orada rus sülhməramlılarının yerləşdirilməsi - Kreml hesab edir ki, minimum bunlar təmin edilməlidir ki, gələcəkdə də onların köməyilə Bakını orbitində saxlaya bilsin!
Bu səbəbdən də bir daha deyirik ki, Türkiyəylə Avrasiya Birliyi «nömrə»si keçməz, NATO ilə bağlı deyilənlər də sayıqlamadan savayı şey deyil - hər halda, belə düşünürük.
Amma özümüzə gəldikdə, məsələ bir azacıq qəlizdir: bizi Duqinin tələsinə sala bilərlər! Unutmayaq ki, Kremlin geosiyasi ssenarilərində İrəvana məhz bu missiya ayrılıb - ermənilər Avropa və sivil dünya ilə inteqrasiyamıza mane olmalı, Bakı ilə Moskva arasında «prujin» - «yay» rolunu oynamalı və Rusiyadan uzaqlaşmağımıza imkan verməməlidirlər!
Məqsəd bəllidir. Moskva Ermənistanın köməyilə hələ də Azərbaycanı özünə qaytarmağa ümidlidi. Düşünürlər ki, konfliktin uzanması gec-tez azərbaycanlıları bezdirəcək və onlar da məcbur olub Kremlin darvazaları önündə növbə tutacaq, çünki Qarabağ münaqişəsi hansısa «Kataloniya böhranı» deyil, əsl müharibədir və bu müharibədə gənc əsgərlər, bəzənsə hətta qadınlar və uşaqlar həlak olur!
Ruslar fikirləşir ki, hətta bu da azərbaycanlıların «ağlını başlarına yığmasa», onda onları yenə də həmin Qarabağla şirnikləndirmək olar: Qarabağı elə Qarabağ ermənilərilə birgə onlara «qaytarmaq», özü də çox yüksək statusla və rus hərbi birləşmələrinin bölgədə yerləşdirilməsinin təmin edilməsi şərtilə qaytarmaq olar ki, gələcəkdə də onları idarə etmək mümkün olsun.
Beləcə, hələ də ümid edirlər ki, bununla da 20-30 illik «suverenlik tamaşaları» bitəcək, özlərinin dediyi kimi, SSRİ-nin parçalanması elə Qarabağla başladığı kimi, onunla da bitəcək- təbii, bir az fərqli formada, məsələn, Duqinin reseptilə: Azərbaycan da Avrasiya İqtisadi Birliyinin, Gömrük Təşkilatının, ələlxüsus da ki, KTMT-ın üzvü olur və bu minvalla Qarabağı qaytardıqlarını düşünən azərbaycanlılar əslində bütün Azərbaycanı itirirlər!
Təşviş doğuran budur ki, belə xəyallar Kreml üçün əlverişli fonda cərəyan edir: Avropa ilə, xüsusən də Avropa Şurası ilə ciddi problemlərimiz yaranıb. Sonuncusa az-çox inteqrasiya etdiyimiz vacib Avropa strukturlarındandır, önəmli siyasi tribunadır.
Unutmayaq ki, rusların ekspansiyasını indiyədək cilovlayan əsas amillərdən biri də Qərblə, ümumiyyətlə, Dünya ilə sıx institusional əlaqələrimizdir, onları itirsək, asanca «Krılovun quzusu»nun vəziyyətinə düşərik!
Türkiyə, xüsusən də Rusiya ilə «yarışmaq» və «Onların da Avropa Şurası ilə ciddi problemləri var!» deməyə də gərək yox! Onlar, xüsusən Rusiya, böyük və iddialı ölkələrdir, nəinki Avropa Şurası olmadan, lap Avropasız da keçinərlər...
Bizsə «geosiyasi əzələləri» bərkiməmiş gənc dövlətik, hər tribuna bizimçün qiymətlidir, çünki suverenliyimizi möhkəmləndirməli və ərazi bütövlüyümüzü təmin etməliyik...