vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
12:37 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baş nazir istefa verdi

Nikolay Azarov kompromis üçün belə addım atıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar etiraz aksiyalarının intensivləşdiyi Ukraynada baş nazir istefa verib. ANS PRESS-in lenta.ru-ya istinadla verdiyi məlumata görə, Nikolay Azarov istefa ərizəsi yazıb. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.

Nazir bu qərarı münaqişənin dinc yolla həll edilməsi üçün ictimai-siyasi kompromis üçün əlavə imkan yaratmaq, həmçinin Ukraynanın bütövlüyünü qorumaq məqsədilə atdığını bildirib.

Xatırladaq ki, Ukraynada avrointeqrasiya tərəfdarlarının ilk etiraz aksiyaları hələ ötən ilin noyabr ayından başlamışdı. Ölkədə vəziyyət yeni il ərəfəsində nisbətən sabitləşsə də, son bir həftədə yenidən mitinqlər başlayıb. Baş nazir N.Azarovun istefası paytaxt Kiyev və digər şəhərlərdə hökumət əleyhinə aksiyalar keçirən müxalifət tərəfdarlarının əsas tələblərindən biri idi. 

Daha öncə ölkə prezidenti Viktor Yanukoviç «Batkivşina» hərakatının lideri Arsen Yatsenyuka baş nazir, «UDAR» partiyasının lideri Vitali Kliçkoya isə humanitar məsələlər üzrə baş nazirin müavini vəzifələrini təklif etmişdi. Lakin hər iki şəxs onlara təklif olunana postdan imtina etmişdi.