vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:55 | 19 noyabr 2017 | Bazar Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əgər məni öldürsələr...»

Mixail Saakaşvili: «... yenə qayıdıb missiyamı başa çatdıracam»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynada qalıb korrupsiyaya qarşı mübarizəsini davam etdirəcək. Baxmayaraq ki, Ukrayna hökuməti onun Gürcüstan vətəndaşı olan tərəfdarlarını ölkədən çıxarmaq haqda qərar verib.

Noyabrın 17-də Ukraynanın Təhlükəsizlik Xidməti bildirib ki, 8 Gürcüstan vətəndaşı «Ukraynanın milli təhlükəsizliyinə zidd hərəkətlərinə görə» ölkədən çıxarılıb.

Saakaşvili hesab edir ki, bu addım hakimiyyətin onun rəhbərlik etdiyi siyasi hərəkatdan qorxuya düşməsi ilə bağlıdır: «Korrupsiya, oliqarxlar və s. ilə bağlı məsələ qaldırmağım onların xoşuna gəlmir. Mən belə məsələləri qaldırmaqda davam edəcəm. Mübarizəmi dayandırmayacam. Kimlərinsə ölkədən çıxarılması məni yolumdan döndərməyəcək. Hətta məni öldürsələr, yaxud ölkədən çıxarsalar belə, bu ideya qalib gələcək. Məni ölkədən çıxarsalar belə, yenə qayıdıb missiyamı başa çatdıracam».

Saakaşvili hesab edir ki, onun tərəfdarlarının ölkədən çıxarılması siyasi motivli addımdır: «Adama pis təsir edən odur ki, korrupsiyaya qarşı mübarizədə zəhməti olan, Gürcüstanda «vor zakon»larla döyüşmüş zabitləri «vor zakon»larla birlikdə ölkədən çıxarırlar. Bu, Ukrayna prezidenti Petro Poroşenkonun və onun hakimiyyətinin sinizmidir ki, belə insanları «vor zakon»larla eyni kameraya yerləşdiriblər. Bunu heç bir hakimiyyət eləməz».

Ukrayna Ali Radasının deputatı Yuri Derevyankonun verdiyi məlumata görə, Ukraynadan çıxarılanlar arasında ölkənin şərqində separatçılarla döyüşmüş könüllü Vano Nadiradze, videooperator Tamaz Şaşviaşvili, Ukrayna Milli Qvardiyasının təlimatçısı Mamuka Abaşidze və Saakaşvilinin keçmiş mühafizəçisi Zurab Tsintsadze de var.

Bir neçə ay öncə Ukrayna vətəndaşlığından məhrum edilən M.Saakaşvili sentyabrın əvvəlində tərəfdarlarının köməyi ilə Ukrayna sərhədini keçərək ölkədə siyasi fəaliyyətini bərpa etmişdi.

Son həftələrdə onun tərəfdarları Ukrayna parlamenti yaxınlığında çadırlar qurub etiraz aksiyası keçirirlər.

Onlar prezident Pororşenkonun istefasını, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edirlər.