vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
21:55 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna Krım Tatarları üçün radio açır

«Tatar dilini yaxşı bilən aparıcı və diktorları işə götürüləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Krım tatarlarının dilində xəbərlərin radio vasitəsilə yayımına başlamağı planlaşdırır. Dövlət radio şirkətinin baş prodüsseri Dmitro Xorkin deyib ki, gələn ildən müntəzəm yayımlara başlanacaq.

«Milliyyəti, dini və siyasi baxışlarına görə təqiblərlə üzləşən bu xalq öz dilində radio verilişləri dinləyə biləcəklər», o bildirib.

Rusiya qoşunları Ukraynanın Krım yarımadasını 2014-cü ildə, Kremlpərəst prezident Viktor Yanukoviç devrildikən sonra tutub.

Əhalinin 12 faizini təşkil edən müsəlman Krım tatarları Ukrayna hakimiyyəti altında mədəni muxtariyyətə malik idi. Ancaq Rusiya onların Məclisini «ekstremist təşkilat» kimi qadağan edib.

Cənab Xorkin deyib ki, Ukrayna radiosu son üç ildir ki, Krıma rus dilində xəbərlər yayımlayırdı, indi isə «tatar dilini yaxşı bilən aparıcı və diktorları» işə götürmək istəyir. O, tatar dilinin qorunmalı və yayılmalı olduğunu bildirib.

Krımdakı Rusiya hakimiyyəti hələ ki, Ukrayna Radiosunun bəyanatına cavab verməyib.

Ancaq kommunikasiyaya məsul yerli rəsmi Dmitri Poklonski Sputnik saytına deyib ki, Krıma yalnız Rusiya televiziyası və radiosu yayımlanacaq - «bütün dövlətlər öz ərazilərini və informasiya məkanını müdafiə etmək üçün tədbirlər görməlidir», o deyib.