vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
14:47 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tramp örnəyi»

«Amnesty International»: «ABŞ prezidenti «təhlükəli presedent» yaradır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp və dünyanın digər liderləri insan haqlarından imtina edir, digər hökumətlər üçün «təhlükəli presedent» yaradır.

Bunu «Amnesty International» insan haqları təşkilatı fevralın 22-də açıqladığı illik hesabatda bildirir. Qurumun baş katibi Saili Şetti (Salil Shetty) xəbərdarlıq edir ki, indiki siyasi mühitdə «heç birimiz insan haqlarının tam təmin olunduğunu deyə bilmərik».

«Dünyada bir çox məsələlərdə nifrət və qorxu üstünlük təşkil edir, hazırkı narahat zamanda çox az hökumət insan haqlarının müdafiəsinə qalxır», – Şetti bildirib.

«Əvəzində, əl-Sisi, Duterte, Maduro, Putin, Tramp və Xi kimi liderlər milyon hüquqlarını insafsızcasına bada verir», – deyən baş katib Misir prezidenti Abdel Fəttah əl-Sisi, Filippin prezidenti Rodriqo Duterte, Venesuela prezidenti Nikolas Maduro, Rusiya prezidenti Vladimir Putin, Tramp və Çin prezidenti Xi Jinpinqi nəzərdə tutub.

«Dünyada İnsan Haqlarının Durumu» adlı hesabatda Trampın altı əsasən müsəlman ölkəsindən gələnlərin Birləşmiş Ştatlara girişinə qadağa qoyması önə çəkilir.

Bu qadağa İran, Çad, Liviya, Somali, Suriya və Yəməndən gələnlərin Birləşmiş Ştatlara girişini əngəlləyir.

«Amnesty»nin hesabatında 159 ölkə və ərazi dəyərləndirilir, adamların münaqişə, didərginlik, diskriminasiya və repressiyadan necə əziyyət çəkdiyi göstərilir.

Repressiya göstəriciləri sırasında Fransada etiraz hüququna məhdudiyyətlər, Birləşmiş Ştatlarda Rusiya və Polşaya qədər bir sıra ölkələrdə qadınların hüquqlarıyla bağlı geriləmə cəhdləri vurğulanır.

«Dünyadakı hüquq müdafiəçiləri Birləşmiş Ştatlar sakinlərinin onları dəstəkləyəcəyindən əmin ola bilərlər, baxmayaraq ki, ABŞ hökuməti belə davranmır», – «Amnesty International»ın ABŞ bölümünün rəhbəri Marqaret Huang belə deyib.