«Amnesty International»dan İrana etiraz
Qurum «hicab etirazçılarının» taleyindən narahatdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
«Amnesty International» bildirib ki, İranda məcburi hicaba etiraz etdiklərinə görə saxlanmış onlarca qadın «uzunmüddətlli həbsxana cəzası» ilə izləşmək riski qarşısındadır.
Son həftələrdə İranın hakimiyyət orqanları ictimai yerlərdə məcburi hicaba etirazini bildirən onlarca qadını həbs edib.
İran polisinin fevralın 23-də yaydığı bəyanatda bildirilir ki, hicaba etiraz bildirən qadınlara qarşı «əxlaqsızlığı və fahişəliyi yaymaq» itithamı irəli sürülə və onlar 10 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Londonda mənzillənmiş Amnesty International» fevralın 26-da bəyan edib ki, polisin bəyanatı «onlarca qadını ədalətsiz həbsxana cəzasının gözlədiyini və İran hökumətinin qadın haqları üzərinə hücumunu göstərir».
«Amnesty International» bildirir ki, təkcə paytaxt Tehranda 2017-ci ilin dekabrından bəri «dinc etiraz» bildirən 35-dən çox qadına hücum edilib və onlar həbs olunublar.
Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Maqdalena Muğrabi deyib ki, İran hakimiyyəti bu həbslərlə başqa qadınlara tükürpədici mesaj göndərir.
Ötən həftə polis Tehranda hicaba etiraz aksiyası keçirən daha iki qadını həbs edib.
Həbs edilən qadınlardan biri - Şaparak Şadizadə polis məntəqəsinə fevralın 21-də aparılıb. Ailəsi onun həbs zamanı döyüldüyünü bildirir.
Digər qadının fevralın 22-də həbs olunduğu xəbər verilib.
İranda 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınlar hicablanmalı və bədənlərini bütünlüklə örtməlidirlər.