vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:44 | 21 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 3420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

… Olar, ya yox?

Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiyanın 22 ildir davam edən danışıqlardan sonra nəhayət imzalanması dünya KİV-lərində regionun ən mühüm layihəsinin-Transxəzər qaz kəmərinin perspektivlərinə dair müzakirələri yenidən aktuallaşdırıb.

Türkmənistan qazının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəqli üçün nəzərdə tutulan bu qaz kəməri layihəsi uzun illər əvvəl irəli sürülüb. Amma Xəzərin hüquqi statusunun razılaşdırılmaması layihənin qarşısında əsas əngəl hesab edilirdi. Çünki Rusiya və İran bu mövqedə idi ki, dənizin dibindən kəmərlərin çəkilməsi bütün sahilyanı dövlətlərin razılığı ilə baş tuta bilər.

İndi Xəzərin hüquqi statusuna dair Konvensiyada göstərilir ki, dənizin dibindən kəmərlərin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi milli sektorların mənsub olduğu ölkələrin razılığı kifayət edir. Bu baxımdam həm rəsmi Aşqabad, həm bir sıra ekspertlər belə qənaətə gəliblər ki, Transxəzər qaz kəmərinin çəkilməsi üçün türkmən qazının Avropa bazarlarına çıxmasında maraqlı olmayan Rusiyanın razılığı tələb olunmur. Yəni konvensiya Transxəzər qaz kəməri layihəsi üçün perspektivlər açıb.

Bəs əslində necədir? Virtualaz.org xəbər verir ki, Rusiya XİN bu diskussiyalarla bağlı Xəzərin statusuna dair çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş diplomatın, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun cavabını öz saytında dərc edib.

İqor Bratçikov bildirir ki, Xəzərin hüquqi statusuna dair Konvensiya dənizin dibindən boru kəmərlərinin çəkilməsi mövzusunu kifayət qədər ətraflı açır, izah edir. Konvensiyada bütün sahilyanı dövlətlərin öz milli sektorlarında texnoloji boru kəmərlərini çəkmək hüququ təsbit olunub. Xüsusən də Xəzərdə neft-qaz yataqlarının istismarının başlamasından bəri dənizin dibi ilə müxtəlif təyinatlı bir çox kəmərlər çəkilib və belə kəmərlərin sayı artacaq.

Bununla yanaşı Konvensiyada Xəzərin dibində heç vaxt mövcud olmayan magistral, transxəzər kəmərlərin çəkilməsi mövzusuna ayrıca toxunulur. Konvensiyanın 14-cü maddəsində deyilir ki, tərəflər bu cür boru kəmərləri çəkə bilərlər, amma bir şərtlə ki, tikinti layihələri tərəflərin iştirakı ilə imzalanmış beynəlxalq müqavilələrdə əksini tapmış ekoloji tələblərə və normalara, o cümlədən Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair Çərçivə konvensiyasına və həmin sənədə əlavə olunmuş protokollara uyğun olsun.

Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri qeyd edir ki, bu il iyulun 20-də Moskvada beş xəzəryanı ölkənin xarici işlər nazirləri tərəfindən transsərhəd kontekstində Xəzərin ətraf mühitinə təsirlərin qiymətləndirilməsinə dair 2003-cü il Tehran Çərçivə Konvensiyasına əlavə  Protokol imzalanıb. Həmin protokol Xəzərin hüquqi statusuna dair Konvensiyanın 14-cü maddəsində birbaşa xatırladılır.

Protokol beş sahilyanı dövlətin hər birinin Xəzərin ətraf mühitinə potensial təsiri ola biləcək transsərhəd dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak etmək hüququnu təsbit edir. Yəni bu cür layihələrin milli səviyyədə ekoloji ekspertizası ilə yanaşı bütün sahilyanı dövlətlər tərəfindən hərtərəfli və diqqətlə araşdırılması da tələb edilir. Diplomata görə aydın məsələdir ki, Xəzərin bir sahilindən digər sahilinə karbohiderogenlərin ötürülməsi kimi irimiqyaslı layihələr avtomatik olaraq sözügedən Protokolun təsiri altına düşür.

Beləliklə, İqor Bratçikovun bildirdiyi kimi əgər transxəzər boru kəmərləri layihələri meydana çıxarsa iştirakçı ölkələr hələ layihələndirmə mərhələsində onun Xəzərin ekologiyasına mümkün təsirlərini analiz etmək prosedurunu başlatmalıdır. Yəni Transxəzər qaz kəməri layihəsi üzərində layihələndirmə işləri başlasa əvvəlcə gərək bütün sahilyanı ölkələr onu ekoloji ekspertizadan keçirib öz razılıqlarını versinlər.

Rusiya XİN-in Transxəzər qaz kəmərinin tikintisi perspekivlərinə dair rəsmi mövqeyi məhz bundan ibarətdir.

Moskva protokoluna əsasən sahilyanı dövlətlər transsərhəd kontekstində aşağıdakı işlər bütün sahilyanı ölkələrin ekoloji qiymətləndirməsindən keçməlidir:

 

- neft və qazın, neft məhsullarının və ya kimyəvi maddələrin nəqli üçün nəzərdə tutulan böyük diametrli boru kəmərləri;

- Dəniz ticarət limanları, habelə daxili su yolları və daxili sularda gəmiçilik üçün sututumu 1350 tondan yuxarı olan gəmiləri qəbul edə bilən limanlar;

- Karbohiderogen hasilatı. Kommersiya məqsədi ilə neft və qaz hasilatı, bu zaman hasil olunan faydalı ehtiyatların həcmi gündə 500 ton neftdən və 500 min kubmetr qazdan yuxarı olarsa;

- Su ehtiyatlarının dəniz hüdudları çərçivəsində və ya çay hövzələri arasında daşınması işləri, bu zaman həmin daşınma su qıtlığının qarşısının alınmasına yönəlməlidir və daşınan suyun həcmi ildə 100 milyon kubmetri keçməlidir.

Virtualaz.org qeyd edir ki, Protokola əsasən təkcə Transxəzər qaz kəməri üçün Rusiyanın və digər sahilyanı ölkələrin birgə razılığı tələb olunmur. Deməli Xəzərdə yeni iri limanların tikintisi, Rusiya ərazisindən dənizə “Avrasiya” kanalının çəkilməsi, İranın “Xəzər dənizi-Fars körfəzi” kanalı ideyası, o cümlədən iri neft-qaz yataqlarının hasilatı da Protokolun tələblərinə uyğun olaraq bütün sahilyanı ölkələrin ekoloji qiymətləndirməsindən keçməlidir.

Qeyd etmək lazımdır ki, elə Astana sammitində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Kaspiyskdə yeni böyük dəniz-ticarət limanının tikiləcəyinə dair planlarını açıqlayıb. Yəni belə çıxır ki, Türkmənistan və Azərbaycan öz aralarında Transxəzər qaz kəmərinə dair razılığa gəlsələr bunu Rusiya və digər sahilyanı ölkələrlə də razılaşdırmaq tələb olunacaq. Eləcə də Rusiyanın Kaspiyskdə yeni böyük ticarət limanı tikmək layihəsi Azərbaycan və Türkmənistanın (o cümlədən İran və Qazaxıstanın) razılığını tələb edir.

F.MƏMMƏDOV