
“Sülh aktı” ...
... Cənubi Qafqazda sabitliyə təhdid
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyanın bəzi KİV-ləri və ekspert dairələri Amerikaya məxsus qeyri-öldürücü yüklərin Qazaxıstan ərazisi üzərindən tranziti ilə bağlı heç də real və dəqiq məlumata malik deyillər. Çünki bu məsələdə söhbət Xəzər dənizində ABŞ hərbi bazasının yerləşdirilməsindən getmir.
Virtualaz.org bildirir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov RİA Novosti-yə açıqlamasında belə deyib. “Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyyatların davam etdirilməsi naminə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, digər ölkələrin də ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilələrdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”, - deyə qazaxıstanlı nazir bildirib.
Həmçinin qeyd edib ki, 2010-2015-ci illərdə Rusiya da öz ərazisindən analoji tranziti təmin edib və bu cür yüklər Əfqanıstana çatdırılıb.
Abdrahmanov onu da vurğulayıb ki, sabah Aktauda Xəzəryanı dövlət başçıları tərəfindən imzalanması gözlənilən Xəzərin hüquqi statusuna dair Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzər dənizində mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.