vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
21:12 | 21 fevral 2014 | Cümə Məqaləyə 2682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Timoşenko azadlıqda

Daxili işlər naziri isə istefaya göndərildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbsdən azad edilib. Virtualaz.org saytı korrespondent.net nəşrinə istinadən bildirir ki, Ali Rada sabiq baş nazirin ittiham olunduğu maddəni Cinayət Məcəlləsindən çıxarıb.

Xatırladaq ki, Y.Timoşenko 2011-ci ilin oktyabrında 7 il həbs cəzasına məhkum edilmişdi. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalanarkən səlahiyyət həddini aşmaqda ittiham olunurdu. Sabiq baş nazir 2011-ci ilin dekabrından bəri Xarkovdakı Kaçanovsk kolonunda cəza çəkirdi. Həmin ilin mayında Timoşenkonun səhhətində problem yarandığından o, Xarkovdakı «Укрзалізниці» xəstəxanasında müalicə olunurdu.

Ukrayna parlamenti bu gün həmçinin Vitali Zaxarçenkonu Daxili İşlər naziri vəzifəsindən azad edib. Virtualaz.org saytının «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qətnamənin qəbulu üçün 332 deputat səs verib. Zaxarçenko vəzifəsindən müxalifətin tələbi ilə kənarlaşdırılıb.