vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
15:09 | 24 fevral 2014 | Bazar ertəsi Məqaləyə 1596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Büdcə talan edilib»

«Dövlət iflas həddinə çatdırılıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Ukrayna Milli Bankından, Dövlət Xəzinədarlığından məlumat aldım ki, dövlət büdcəsi talan edilib. Dövlət iflas həddinə çatdırılıb».

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ali Rada fraksiyalarının razılaşdırıcı komissiyasının iclasında «Batkivşina» (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk deyib. O bildirib ki, Viktor Yanukoviçin Kiyev ətrafındakı Mejiqorye iqamətgahının və digər bu tipli tikililərin necə əmələ gəldiyi indi anlaşılır.

A. Yasenyuk hazırda büdcə təşkilatlarında çalışanların əmək haqlarının ödənməsində 10 günlük gecikmə olduğunu və maaş ödəmək üçün büdcədə pul olmadığını söyləyib. O, Qərbin maliyyə yardımının zəruri olduğunu və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını bərpa etməyin vacibliyini vurğulayıb. A. Yasenyuk ABŞ-ın maliyyə naziri ilə telefon əlaqəsi saxladığını da açıqlayıb: «O bildirdi ki, Ukraynaya maliyyə yardımı prosesinə başlanıb və hər şey milli etimad hökumətinin nə qədər tez formalaşacağından asılıdır».