vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
13:51 | 26 fevral 2014 | Çərşənbə Məqaləyə 1785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin mifinin sonu oldu»

«Amma o, Ukraynadan qisasını alacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Şahmat üzrə 13-cü dünya çempionu, erməni əsilli keçmiş bakılı Harri Kasparov Ukraynadakı hadisələrə münasibətini açıqlayıb.

Modern.az xəbər verir ki, Kasparov Ukrayna müxalifətinin müvəffəqiyyətlə irəli getdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna xalqı azadlığı yolunda qanından belə keçməyi əsirgəmədi. Kasparov Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə perspektivlərindən də söz açıb.

O, bildirib ki, Ukrayna indiki şəraitdə Putinin müdaxilələrinin qarşısını almağı əsas hədəf seçməlidir: «Düzdür, Putin bütün Ukraynada hökmranlıq etmək niyyətində deyil. Amma Rusiyanın Ukraynanın bəzi ərazilərinə nəzarət etmək maraqları var. Ukraynadakı fikir ayrılıqları ölkəni parçalanmağa gətirib çıxarmayacaq. Ancaq Putin rejiminin Ukraynanı yenidən ələ keçirmək təşəbbüslərini də istisna etmək olmaz. Putin Ukraynadakı məğlubiyyətin qisasını alacaq. Ukraynadakı məğlubiyyət Putin mifinin sonu oldu. Bundan sonra isə Kremlin əsas hədəflərindən biri də Sevastopolu ələ keçirməkdir».

Qeyd edək ki, H. Kasparov siyasətlə də məşğuldur. O, Rusiyada 2008-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürmək istəsə də, sonradan bu niyyəti reallaşmayıb.