vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
13:42 | 26 fevral 2014 | Çərşənbə Məqaləyə 2115 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eks prezidentlər Putinə qarşı

«... Hər hansı etnik qarşıdurma yaratmağa çalışmasın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabiq prezidentlər Rusiyadan Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırıb, bu ölkəni düşmənçilik toxumu səpməməyə çağırıb. Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko birgə bəyanatla çıxış edərək Rusiyanı Krımın siyasi həyatına birbaşa qarışmaqda ittiham ediblər.

Bəyanatda deyilir ki, Rusiya Ukraynanın beynəlxalq müttəfiqlərinin vəziyyəti siyasi yolla həllinə cəhdlərini hər zaman «daxili işlərə qarışmaq» kimi dəyərləndirdiyi halda, özü onları qabaqlayaraq birbaşa Krımın siyasi həyatına müdaxilə edir.

Sabiq prezidentlər Rusiyanın hazırladığı bu resepti «çox təhlükəli resept» sayır və bunun ancaq separatizmin inkişafına xidmət edəcəyini bildirirlər.

Sabiqlər Rusiyadan Ukrayna xalqının və hakimiyyətinin qərarlarına hörmət nümayiş etdirməyə dəvət ediblər: «Rusiya da beynəlxalq sazişə əsasən, ABŞ və Böyük Britaniya kimi, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün təminatçısı rolunda çıxış edir. Ona görə də Rusiya bütün beynəlxalq hüquq normalarına hörmət edərək, hər hansı formada etnik qarşıdurma yaratmağa çalışmasın».