vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
13:25 | 28 fevral 2014 | Cümə Məqaləyə 3469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaxınlaşma, atəş açacağıq»

Ruslar Krımı işğal edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada Dövlət Sərhəd Xidmətinin dəniz mühafizəsi dəstəsi naməlum şəxslər tərəfindən mühasirəyə alınıb. APA-nın «İnterfaks-Ukrayna»ya istinadən verdiyi məlumata görə, hadisə Krımda, Balalakva qəsəbəsində baş verib.

Naməlum şəxslər Balalakvaya ərazini mühafizə etmək məqsədi ilə gəldiklərini deyir.

Hazırda sərhədçilərin komandanlığı onlarla danışıqlar aparır. 

***

12.01

Ukraynanın Sevastopol şəhəri yaxınlığındakı Belbek hava limanında 300-dən çox silahlı hərbçi var. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu günə planlaşdırılan üç çarter reysi ləğv edilib.

Hava limanının növbə rəisi Anatoli Reçenko bildirib ki, gecə saat 3 radələrində hava limanının ərazisinə silahlı hərbçilər soxulublar. Onun sözlərinə görə, bunlar Rusiya əsgərləridir.

Hava limanına gedən yol bağlanıb. Avtomatlı əsgərlər «Yaxınlaşma, atəş açacağıq» xəbərdarlığı ilə heç kimi yaxın buraxmırlar.

Növbə rəisi rus hərbçilərlə danışığa gedib və ona bildiriblər ki, əsgərlər hava limanını təxribatdan qoruyurlar.

Hazırda hava limanında 3 zirehli hərbi maşın və 10 hərbi «Ural» var.