vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:00 | 17 iyul 2019 | Çərşənbə Məqaləyə 2586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hər gün iki ton narkotika...”

İranlı millət vəkilindən qorxulu hesabat

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin məhkəmə-hüquq komissiyasının sözçüsü Həsən Novruzi iyulun 14-də jurnalistlərə açıqlamasında ölkə vətəndaşlarının gündəlik istifadə etdiyi narkotik maddənin həcmindən danışıb.

O, parlamentin məhkəmə-hüquq komissiyasının iclasına qatılan Narkotik Maddələrə Qarşı Mübarizə Qərargahının rəisinə istinadən deyib ki, islam respublikasında narkotik maddələrdən istifadə edənlərin sayı gündən-günə artır: “Hazırda ölkədə hər gün 2 min 80 kiloqramdan çox  müxtəlif narkotik maddələrdən istifadə edilir” –deyə deputat Həsən Novruzi vurğulayıb.

Bildirilir ki, deputat həmçinin narkotik maddələrin qaçaqmalçılığı, eləcə də qonşu ölkələrdə həmin maddələrdən istifadənin miqdarı ilə bağlı hazırladığı hesabatı komissiyaya təqdim edib.

Xatırladaq ki, Narkotik Maddələrə Qarşı Mübarizə Qərargahının rəsmisi Nasir Aslani iyulun 10-da mediaya açıqlamasında ölkə narkomanlarının sayını açıqlayıb. O deyib ki, ölkə narkomanlarının təkcə 156 min nəfərini qadınlar təşkil edir: “2017-ci ilin statistik rəqəmlərinə əsasən, ölkədə daimi olaraq narkotik maddələrdən istifadə edənlərin sayı 2 milyon 800 min nəfərdir. Bunlar isə 5 yaşından 64 yaşına qədər olan narkomanlardır. Həmçinin cari ilin təkcə üç aprel, may və iyun aylarında narkotik maddələrin istifadəsi və satışı ilə bağlı 52 min 356 nəfər həbs edilib”, – deyə Nasir Aslani əlavə edib.