Rus tankları palçığa batıb
Ukraynaya hücumun qarşısını alan əsas “silah”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Hazırda Rusiyanın Ukrayna ilə həmsərhəd regionlarında, o cümlədən Ukraynanın şərqində havaların nisbətən isti keçməsi, güclü şaxtaların olmaması gözlənilən müharibənin təxirə salınmasının əsas səbəbi ola bilər. virtualaz.org xəbər verir ki, bu barədə CNN telekanalının reportajında deyilir.
Belə ki, hazırda bu ərazilərdə temperatur gündüzlər sıfıra yaxın olur və nəticədə qrunt donmayıb, bu da hərbi texnikanın keçidini çətinləşdirir. Telekanal bildirir ki, bu səbəbdən hücum fevralın 16-da başlamaya bilər.
ABŞ ordusunun qərargah rəisləri komitəsinin rəhbəri general Mark Milli də Rusiyanın hücumunun hava amilinə görə təxirə salınacağını istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Rusiya tanklarından ibarət kalonun Ukrayna sərhədləri yaxınlığında palçığa necə batdığını, hərəkət edə bilmədiyini göstərən kadrlar yayılmışdı.
ABŞ kəşfiyyatı hələ əvvəldən bildirmişdi ki, Rusiya hücum etmək üçün əlverişli hava şəraitini, yəni güclü şaxtaların başlamasını gözləyir. Belə hava şəraiti isə fevralın ortalarında başlamalı idi. Lakin qlobal iqlim dəyişikliyi səbəbindən hazırda qış Ukraynada və Rusiyada xeyli yumşaq keçir, güclü şaxtalar müşahidə olunmur.