vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
23:00 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 2912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krımın işğal xəritəsi hazırlanıb...

... Yarımadadakı vəziyyəti əks etdirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın TSN telekanalının jurnalistləri Rusiya hərbçiləri tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual xəritəsini hazırlayıblar.

ANS PRESS-in məlumatına görə, hazırda Krımın Fiolent burnunda silahlı insanlar Ukrayna hərbi-dəniz qüvvələrinin kəşfiyyat mərkəzini mühasirəyə alıblar. Sak rayonunun Novofedorovka qəsəbəsində dəniz aviasiyası hərbi hissəsi mühasirədədir. Hərbi hissənin ətrafında Rusiya hərbçiləri perimetr üzrə düzülüb. Kerçdə dəniz mühafizəsi dəstəsinin girişinə avtomatla silahlanmış naməlum adamlar gəliblər. 4 avtobusdan birinin nömrəsi Rusiyaya məxsusdur.

Sevastopolda Ukrayna hərbçiləri havadan müdafiə sursatlarını sinələri ilə qoruyurlar. Ərazi Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb, giriş yük maşınları ilə bağlanıb. Ukrayna hərbi-dəniz qüvvələrinin qərargahı mühasirəyə alınıb, elektrik cərəyanı kəsilib və s.