vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:47 | 19 fevral 2022 | Şənbə Məqaləyə 602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda müəllimlər etiraza qalxdı

Təhsil işçiləri maaşlaar, siğorta xidmətləri tələləri irəli sürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın müxtəlif şəhərlərində maaş və təqaüd ödənişlərinin artırılmasını tələb edən müəllimlərin etiraz aksiyaları keçirilib. Sosial media platformalarında təhsil qurumları qarşısında nümayişlərin keçirildiyini görmək olar.

Şənbə günü müəllimlərin aksiyasını təşkil edən Təhsil İşçiləri Koordinasiya Şurası təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxilə etdiyini xəbər verib. Bu barədə qurumun Telegram kanalı bildirir.

Eyni mənbə etirazçılar arasında “kişi və qadın müəllimlərin” həbs olunduğunu yazıb. Müəllimlərin silsilə aksiyaları ötən ildən bəri davam edir.

“Mitinqlərə qatılan müəllimlər, o cümlədən maaşlaarın qaldırılmasını və siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını tələb edirlər”.

Hökumət müəllimlərin ödənişlərini tənzimləyən qiymətləndirmə sistemini təklif edib. Lakin bu təşəbbüs hələ də həyata keçirilməyib. Lakin etirazçılar bildirirlər ki, hakimiyyət onların davamlı tələblərinə “zərrə qədər əhəmiyyət verməyib”.

Şənbə günü Təhsil İşçilərinin Koordinasiya Şurası bildirib ki, tələbləri yerinə yetirilməsə, o, müəllimləri yenidən etirazlara dəvət edəcək. Maddi vəziyyətin yaxşılaşdırılmasını tələb edən yalnız iranlı müəllimlər deyil. Ötən ay hökumətin maaşları artırmaqdan imtinasına qarşı ədliyyə sistemi işçilərinin nadir aksiyası keçirilib.

Hökumət bahalaşma və inflyasiyanı cilovlayacağını vəd etsə də, bir çox iranlı, xüsusən də sabit maaş alanlar yaşayış şəraitinin yaxşılaşmadığını deyirlər, İran mediasındakı xəbərlərdə deyilir. Bu vəziyyət mitinq və tətillər şəklində keçirilən etiraz aksiyalarına səbəb olub.