vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:24 | 19 fevral 2022 | Şənbə Məqaləyə 494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hipersonik ballistik, kruiz və nüvə imkanlı ballistik

Rusiya Ukrayna ilə gərginlik fonunda strateji nüvə təlimləri keçirir

MÖVZU İLƏ ƏLAQƏLİ

Kreml fevralın 19-da bildirib ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin artdığı bir vaxt “planlaşdırılmış” sınaqlar çərçivəsində ən son hipersonik ballistik raketlərini, kruiz raketlərini və nüvə imkanına malik ballistik raketlərini sınaqdan keçirib.

Rusiya xəbər agentliyi sözçü Dmitri Peskova istinadən bildirib ki, Prezident Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko təlimləri Kremldən izləyib. Peskov deyib ki, sınaqlar müntəzəm təlim prosesinin bir hissəsidir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sınaqlarda Rusiya silahlı qüvvələrinin bütün demək olar ki, bütün qolları, o cümlədən erokosmik və strateji raket qüvvələri, habelə nüvə silahlı sualtı qayıqları olan Şimal və Qara Dəniz donanmaları iştirak edib.

Sınaqlar Birləşmiş Ştatlar Moskvanın Ukraynaya növbəti günlər ərzində hərbi müdaxilə etməyi planlaşdırdığına əmin olduğuna dair xəbərdarlıq etməsindən bir neçə saat sonraya təsadüf edib.

Rusiya qonşusuna hücum etmək planının olmadığını bildirir. Lakin Vaşinqton israr edir ki, Moskva Ukrayna sərhədinə 150 mindən çox Rusiya qoşunu yerləşdirməklə hərbi müdaxilə etməyə qərar verib.