“Diplomatik yola davam edəcəyik”
“Avropanın Rusiyaya qarşı “qalxanı” olan Ukrayna güclü beynəlxalq dəstəyə layiqdir”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Ukraynaya kömək etmək üçün Rusiyanın mümkün işğalının tarixləri barədə daim danışmaq lazım deyil. Bunu illik Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın prezidenti Vladimir Zelenski deyib.
O, ukraynalıların hər gün öz torpaqlarını müdafiə etməyə hazır olduqlarını vurğulayıb və qeyd edib ki, Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olmasını yaxınlaşdıracaq qərarlar gözləyir.
Zelenski həmçinin deyib ki, Ukrayna öz torpaqlarını tərəfdaşları ilə və ya tərəfdaşları olmadan müdafiə edəcək. O, 1994-cü ildə Ukraynanın qeyri-nüvə ölkəsi statusunu tanıdığı Budapeşt Memorandumu çərçivəsində məsləhətləşmələrə başladığını bildirib. Prezident dördüncü və sonuncu dəfə, məsləhətləşmələrə təşəbbüs göstərəcəyini deyib.
“Onlar bir daha baş verməsə və ya dövlətimizin təhlükəsizliyinə təminat əsasında konkret qərarlar qəbul edilməsə, Ukraynanın Budapeşt Memorandumunun işləmədiyinə inanmağa və 1994-cü ildə qəbul edilmiş bütün paket qərarların sual altında olmasına inanmağa tam haqqı olacaq”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti qeyd edib ki, Kiyev böhranı sülh yolu ilə həll etməyə hazırdır.
“Ukrayna sülh yolu ilə nizamlanma naminə yalnız diplomatik yolla getməyə davam edəcək. Bizim tərəfimizdən imzalanmamış, lakin əməl etməli olduğumuz Minsk razılaşmaları çərçivəsində. Həm də bizim pozmadığımız Normandiya formatı çərçivəsində. Amma bu o demək deyil ki, sülh axtarışları təkcə bununla məhdudlaşmır”, - deyə Zelenskidən “İnterfaks-Ukrayna” agentliyi sitat gətirir.
Zelenski həmçinin bildirib ki, Ukrayna Avropanın Rusiya ordusuna qarşı “qalxanı” olduğu üçün daha güclü beynəlxalq dəstəyə layiqdir.
Prezident həmçinin əmin olduğunu bildirib ki, rus xalqı ukraynalılara qarşı müharibə apara bilməyəcək. Ukrayna lideri həmçinin Donbasın Kiyevin nəzarətində olmayan bölgələrində çoxlu təxribatların olduğunu deməsinə baxmayaraq, sakitliyə çağırıb.
Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Donbas ətrafında vəziyyətin gərginləşməsi fonunda baş tutub. Son bir neçə gündə silahlı qarşıdurmaların kəskinləşməsi müşahidə olunur.