vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
14:51 | 22 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev Moskva ilə bütün əlaqələri kəsə bilər

Ukrayna XİN sorğu prezidentə sorğu göndərib

Anar ƏLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə diplomatik münasibətləri pozmağı düşünür. Onun sözlərinə görə, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyindən müvafiq sorğu daxil olub.

Bu barədə TASS məlumat yayıb. Daha əvvəl Ukrayna lideri bildirib ki, Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını (DXR və LXR) tanıması Moskvanın Ukraynaya qarşı növbəti təcavüzü üçün hüquqi əsas yaradır.

V.Zelenskinin xalqa müraciətindən əsas məqamları təqdim edirik:

 

Donetskdəki respublikaları tanımaqla Rusiya Federasiyası Ukraynaya qarşı sonrakı aqressiyaya hüquqi zəmin hazırlayır

Rusiya Federasiyasını problemi istənilən formatda dialoqla həll etməyə çağırırıq

İnanırıq ki, Rusiya ilə müharibə olmayacaq, genişmiqyaslı eskalasiya baş verməyəcək, olsa belə, ölkədə hərbi vəziyyət tətbiq edilməyəcək

Kiyev Moskva ilə diplomatik münasibətləri kəsməyin mümkünlüyünü nəzərdən keçirir

Donbasın Kiyevin nəzarətində olan hissəsindən Ukrayna qoşunlarının çıxarılması ilə bağlı Luqansk və Donetskdəki rejimlərin xahişi nəzərə alınmayacaq.