Hava məkanı kommersiya reysləri üçün təhlükəsizdir
“Ukrayna dövləti ləğv edilmiş uçuşların dəyişdirilməsi üzərində işləyir”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Ukraynanın bildirdiyinə görə, ABŞ-ın Ukrayna sərhədinə rus qoşunlarının toplanması xəbərdarlığından sonra 10-dan çox aviaşirkət bu ölkəyə uçuşları ləğv etdiyini bildirib. Lakin rəsmi Kiyev ölkənin hava dəhlizinin açıq olduğunu və Şərqi Avropa ölkəsinə uçuşların təhlükəsiz olduğunda təkid edir.
“Bir çox aviaşirkətin uçuşların ləğvi barədə qərarı təhlükəsizlikdə baş verən real dəyişikliklərlə səbəbindən deyil, hazırkı vəziyyətlə əlaqəli informasiya axını ilə əlaqədardır”, - deyə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov jurnalistlərə açıqlamasında bildirib. Lakin o, brifinq zamanı aviaşirkətlərin adını çəkməyib və bildirib ki, “dövlət ləğv edilmiş uçuşların dəyişdirilməsi üzərində işləyir”.
Skandinaviya aviaşirkəti olan SAS həftəlik uçuşları dayandırıb. “Air France” isə “ehtiyat tədbiri” olaraq çərşənbə axşamı Paris və Kiyev arasında uçuşları ləğv etmək qərarına gəldiyini bildirib.
Uçuşları dayandıran şirkətlər arasında Almaniyanın “Lufthansa” və KLM hava yolları da var.
Kubrakov bildirib ki, Ukrayna Beynəlxalq Hava Yolları (UIA) artıq bilet satışına başlayıb və “Lufthansa” şirkətinin həyata keçirə bilmədiyi Kiyev-Münhen və Cenevrə istiqamətlərində əlavə reyslər açaraq təyyarələrin tutumunu artırıb.
Uçuşlar Ukraynanın iki aviaşirkətinin Rusiyanın Ukrayna ilə sərhəddə nəhəng hərbi qüvvə toplaması səbəbindən bəzi uçuşların sığortası ilə bağlı problemlərin olması barədə açıqlamasından sonra ləğv edilib.
Lakin Londonda yerləşən “Hive Aero” sığorta şirkəti hələ də “bölgəyə uçan bir çox aviaşirkəti dəstəkləməyə davam etdiyini” bildirib.