vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:55 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada fövqəladə vəziyyət

Rəsmi Kiyev Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu dəqiqələrdə Ukrayna hakimiyyəti ölkədə bir ay davam edəcək fövqəladə vəziyyət elan edib. Belə kİ, Milli Təhlükəsizlik və Müdafiə Şurası az əvvəl ölkənin bütün ərazisində, - Donetsk və Luqansk vilayətlərini çıxmaqla, - fövqəladə vəziyyət rejiminin elan edilməsini qərara alıb. Bu barədə Şuranın rəhbəri Aleksey Danilov açıqlama verib. O, qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət rejimi 2014-cü ildən tətbiq olunur.

“Fövqəladə vəziyyət rejimi bizim həyatımıza heç bir radikal təsir göstərməyəcək, situasiya maksimal korrekt şəkildə nizamlanacaq”, - o deyib.

Qərarın gün ərzində parlamentdə təsdiqlənməsi gözlənilir.

Bu arada, Ukrayna hakimiyyəti Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Hesab olunur ki, Rusiyada üç milyona yaxın ukraynalı yaşayır.