Krım «Süpürgəsaqqal»a verildi
1954-cü il il aktı üç sözü ard-arda qoşub deyə bilməyən adamın nəyinə lazım idi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Rusiyanı qorxu bürüyüb
Helsinki Komissiyası işğalçı ölkənin parçalanmasını müzakirə edir
-
Zelenski Bakıya nə zaman gələcək?
Prezident İlham Əliyev təlimat verə bilər
-
Kreml Minskdə boykot oldu
Rusiyalı ekspertlər ölkələrinin tamamilə təkləndiyini etiraf edirlər
-
Ankara Krımın ilhaqını bağışlamır
Türkiyə və Rusiya münasibətləri yeni müstəvidə
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
Krımın ilhaqından 5 il ötür
“Yaşıl adamlar”ın qurutduğu yarımada
-
Bakının layihəsinə separat barmağı
Rusiya “şimal-cənub” dəmiryolunu Krıma qədər uzatmaq istəyir
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov böhranı
Putin üçün üçün legitimlik vacibdir
-
“Bu, pis nümunə olardı”
Almaniya XİN rəhbəri Dağlıq Qarabağdan da missal çəkib
-
Arbitraj Məhkəməsindən antirusiya qərarı
Moskva Ukrayna şirkətlərinə kompensasiya ödəyəcək
-
«Putin rejimi çökəcək, ...»
«... Rusiya isə dağılacaq»
-
Putinə «lağlağı dua» oxuyanlar həbs olunub
«Pussy Riot» üzvlərini Krımda saxlayıblar
-
Rusiya mediası niyə çabalayır?
Həqiqətən kollektiv patologiyalar olurmuş...
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstələrinin fevralın 27-də Krımda hökumət və parlament binasını tutaraq «seçdikləri» yeni hökumət başçısı barədə maraqlı faktlar üzə çıxıb.
Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Krım Nazirlər Şurasının ruslar tərəfindən təyin edilən yeni sədri Sergey Aksyonov əslində kriminal avtoritet olub.
Xatırladaq ki, Krımın Rusiya tərəfindən işğalı Aksyonovun «seçilməsinin» ardınca başlayıb. O, hökumət rəhbəri olan kimi dərhal kömək üçün Rusiyaya müraciət edib. Rusiya da ildırım sürəti ilə onun kömək xahişinə müsbət cavab verib və Krıma 15 minlik desant yeridərək bütün strateji obyektləri, kommunikasiyaları nəzarət altına alıb.
Ukrayna ordusunun Krımdakı hərbi hissələri də ya rusların nəzarətinə keçib, ya da mühasirədə saxlanılır.
S.Aksyonov 1972-ci ildə Moldovada anadan olub. Simferopol Hərbi Məktəbinə oxumağa gedib və o vaxtdan Krımda qalıb. Ukrayna Ali Radasının Krımdan olan deputatı Andrey Sençenko deyib ki, ötən əsrin 90-cı illərinin ortalarında Aksyonov Krımdakı kriminal qruplaşmaların tərkibində adi «briqadir» olub.
«O, Krımın kriminal dairələrində və milisdə «Süpürgəsaqqal» ləqəbi ilə tanınırdı. Üç sözü ard-arda qoşub deyə bilməyəcək dərəcədə savadsız adamdır. Bizneslə məşğul idi, 2009-cu ildə bir neçə dəfə Moskvaya məsləhətləşmələrə getdi və qayıdıb Krımda «Rus birliyi» adlı təşkilat yaratdı. Bu təşkilat Moskvadan maliyyələşir» - deyə deputat bildirib.
A.Sençenkonun sözlərinə görə, Aksyonovun adı mütəşəkkil cinayətkar qruplaşmanın üzvü kimi çoxsaylı cinayətlərə qarışıb. Ancaq Aksyonovun və bir çox kriminal avtoritetlərin adları keçən cinayət işləri sonadək araşdırılmayıb.
QRU «spesnaz»ının nəzarəti altında fevralın 27-də Krım parlamentinin iclasını keçirib hökumət başçısı seçən spiker Vladimir Konstantinov isə fırıldaqçıdır. Sençenko deyib ki, onu 25 ildən çoxdur tanıyır.
«Siyasətə dəxli olmayan adamdır, ancaq bizneslə məşğul olub. Konstantinov tikinti piramidası qurmaqla fırıldaqçı yollarla varlanıb. İki ay qabaq o, tez-tez Moskvaya gedib-gəlməyə başladı. Belə səfərlərdən birindən qayıdandan sonra Krım Ali Radasının hüquq xidmətindən yarımadanın Ukraynaya birləşdirilməsi barədə 1954-cü il aktını istəyib. Bu adamın həmin sənədlə maraqlandığını o vaxta kimi eşidən olmamışdı. Konstantinovun davranışları da tez dəyişdi, o, aqressivləşdi. Çünki arxasında dəstək hiss edirdi. Aydındır ki, Krımdakı ssenari aylar əvvəldən hazırlanmışdı» - deyə Sençenko bildirib.