
İstanbul masası niyə yenidən qurulur?
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Görüşü Türkiyədə olmasını istəyən Rusiya bununla Çinin böyüməsini buxovlamağı düçünür
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
Beş il bundan öncə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Ukraynanın Ali Radası 2015-ci ildə ilhaqın rəsmi tarixinin fevralın 20-i olduğunu qərara alıb.
2014-cü ilin məhz fevralın 20-sində yarımadaya “yaşıl adamlar” adlandırılan ad nişanları olmayan silahlı hərbçilər və nömrələri olmayan yük maşınları gəlib.
2014-cü ilin martın 14-ü yarımadanın vəziyyəti ilə bağlı Krım və Sevastopol ərazilərində keçirilən ”referendum”un nəticələrə görə, Krım Rusiyanın tərkibinə daxil olunub. Nə Ukrayna, nə də Qərb ölkələri səsvermənin nəticələrini tanımayıb. Rusiya dövlət başçısı Vladimir Putin martın 18-i Krımın Rusiyaya “birləşməsini” elan edib.
Krımın ilhaqından sonra hərbçilər, siyasətçilər və “Krımın özünümüdafiə”sinin nümayəndələri "Krımın qaytarılması uğrunda” medal ilə təltif olunub və əməliyyatın fevralın 20-dən martın 18-dək keçirildiyi göstərilib.
Rusiya əvvəlcə hərbi təcavüz faktının olduğunu qəbul etməkdən imtina edib. Yalnız 2014-cü il aprelin 17-i Rusiya dövlət başçısı Vladimir Putin ilk dəfə olaraq Rusiya hərbçilərinin Krımdakı hadisələrə qatıldığını etiraf edib.
Beynəlxalq təşkilatlar Krımın ilhaqını qeyri-qanuni adlandıraraq, Rusiyanın hərəkətlərini qınayıblar. Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Kreml yarımadanın ilhaqını inkar edir və bunu “tarixi ədalətin bərpası” adlandırır.
Ukrayna Ali Radası fevralın 20-ni Rusiyanın Krım yarımadası və Sevastopolun müvəqqəti ilhaqının başlanğıcının rəsmi tarixi kimi qəbul edib.