
Çinlə Tayvan arasında Vatikan gərginliyi
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
“The Hill”: “Pekin ordusunu Tayvana mümkün hücuma hazırlaşdırır”
Səyahəti sevən qadınlar üçün ən təhlükəsiz şəhərlər açıqlanıb
Pekin qüvvələri Tayvanın işğalını imitasiya edəcək
WSJ mümkün ssenarini 5 bənddə ümumiləşdirdi, üçüncü dünya müharibəsi ssenarisi
Dünyanın ən böyük çip istehsalçısının 100 milyard dollarlıq investisiyası mübahisələrə səbəb olub
Tayvanda Çin xəbərdarlığına Pekindən hədələyici cavab: “Odla oynamayın”
Tayvanda 5.7, İtaliyada 4,4 gücündə zəlzələ təşviş yaradıb
Rusiya və Çinə qarşı qeyri-adi əməkdaşlıq
Nəqliyyat vasitəsi 5 metr dərinlikdə torpağın altında qalıb
Çinin ada yaxınlığında təliminə cavab olaraq Tayvan bölgəyə qoşun yeridib
Tayvan Çin şəxsiyyət vəsiqələri paylayan firmaları araşdırmağa başlayıb
Yüksək dəqiqlikli artilleriya raket sistemlərinə ən azı 7 milyard dollar xərclənəcək
Pekin hərbi təzyiqlərini gündəlik rejimə keçirib
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
Tayvan prezidenti Kinmen hücumu qurbanlarına çağırış edib
Tayvan Çinə qarşı yeni asimmetrik müdafiə strategiyası hazırlayır. “The Wall Street Journal” (WSJ) yazır ki, Tayvan hökuməti Çinin 2027-ci ilə qədər adayı işğal edə biləcəyini proqnozlaşdıran Amerika kəşfiyyatına birlikdə müdafiə strategiyası hazırlayır.
Hesabatda bildirilir ki, Taypey administrasiyasının yeni planı ABŞ köməyə gələnə qədər Çin ordusuna müqavimət göstərməkdir.
Adanın ətrafındakı müəyyən əraziləri minalayan Tayvan ordusu, mümkün bir işğalda pilotsuz təyyarələrdən və digər mobil avadanlıqlardan da istifadə edəcək. Bu, müharibə zamanı tez istifadə oluna bilən və həm də ucuz başa gələn arsenal hazırlamaq üçün xüsusilə vacibdir.
“WSJ” hesabatında bildirilir ki, Tayvan ordusu pilotsuz təyyarələrdən istifadədə Ukraynanı nümunə götürür. Bildirilir ki, Taypey hökuməti 5 il ərzində yerli şirkətlərdən ən azı 3200 pilotsuz təyyarə almağı planlaşdırır.
Tayvan sahil boyu müxtəlif müdafiə sahələri qurmağı və bu ərazilərdə müxtəlif silahlar saxlamağı planlaşdırır. Ordunun bu çoxqatlı müdafiə sisteminə uyğun olaraq yenidən hazırlanacağı da bildirilir. Qeyd olunur ki, Tayvan Hərbi Dəniz Qüvvələri sahil komandanlığı yaradaraq hücumların qarşısını almağa diqqət yetirəcək.
Adanın hər yerində müqavimət nöqtələrinin yaradılmasını nəzərdə tutan bu plan “kirpi strategiyası” kimi də tanınır. Məqsəd daha güclü düşmənin qarşısını almaq və işğal halında müttəfiqlər gələnə qədər davamı təmin etməkdir.
Mart ayında nəşr olunan müdafiə planında, müdafiə naziri Vellinqton Koo, asimmetrik strategiya ilə yaradılacaq hərbi birləşmələrin, Çinin mümkün işğalının başlamazdan əvvəl qarşısını almaq məqsədi daşıdığını söylədi.
Taypey Çindən gələn raket təhdidlərini izləmək üçün ABŞ ilə birgə hazırlanmış erkən xəbərdarlıq sistemindən istifadə edəcək. “Pave Paws” adlı radar sistemi təqribən 5600 kilometr uçuş məsafəsinə malikdir.
Adada yerli istehsal texnologiyaları ilə yanaşı, ABŞ istehsalı olan cihazlardan istifadə edərək hava hücumundan müdafiə sistemi də qurulur. Tayvanda yerləşdirilmiş “Patriot” raketləri və “NASAMS” hava hücumundan müdafiə batareyaları var.
Tayvan amfibiya enişlərinin qarşısını almaq və dəniz hədəflərini vurmaq üçün öz “Hsiung Feng” seriyası da daxil olmaqla bir sıra raketlərə sərmayə qoyub. Amerika istehsalı olan “Harpoon” sahil müdafiə sistemi tezliklə bunlara əlavə olunacaq.
Digər tərəfdən, bəzi analitiklər Tayvanın bu dəyişiklikləri nəzərdə tutduğu qədər tez həyata keçirə bilməyəcəyinə diqqət çəkirlər. Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondundan Mark Montqomeri “Onlar hərbi hazırlıqlarını üç sahədə təkmilləşdirirlər: siyasət, satınalma və şəxsi heyət. Lakin bu, 5 və ya 6 illik bir prosesdir və onlar hər bir maddə üzərində mümkün qədər tez işə başlamalıdırlar”, – deyib.