Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:11 | 30 may 2025 | Cümə
Məqaləyə 198 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
ABŞ prezidenti Donald Tramp Tayvana yardımı artırmağı planlaşdırır. Anonimlik şərti ilə “Reuters”ə danışan iki ABŞ rəsmisi deyir ki, Tramp Çini çəkindirmək strategiyasının bir hissəsi olaraq Tayvana silah satışını artırmağı hədəfləyir. Bu kontekstdə Trampın ilk prezidentlik dövrü ilə müqayisədə daha çox miqdarda silah satışını təsdiqləməsinin gözlənildiyi bildirilir.
“Reuters”in paylaşdığı rəqəmlərə görə, Tramp ilk dövründə Tayvana təxminən 18,3 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu rəqəm onun sələfi Co Baydenin dövründə 8,4 milyard dollar civarında idi.
Digər tərəfdən, Tramp seçki kampaniyası zamanı “Çinə qarşı təminat üçün Tayvandan pul tələb edəcəyini” bildirmişdi.
Təhlildə deyilir ki, Vaşinqtonun Taypey administrasiyasına artan hərbi dəstəyi Trampın Tayvanı Çinə qarşı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı narahatlığı azalda bilər. Bununla belə, belə bir addımın ABŞ və Çin arasında sürtünməni artıra biləcəyi də qeyd edilir.
Vaşinqton və Taypey arasında rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, ABŞ Tayvanın ən böyük beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır.
Tayvan prezidenti Lai Çinq-te və onun Demokratik Tərəqqi Partiyası (DPP) xüsusi büdcə qanun layihəsi ilə bu il müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizinə çatdırmağı hədəfləyir.
Bununla belə, müxalifətdə olan Kuomintang (KMT) və Tayvan Xalq Partiyasının (TPP) üstünlük təşkil etdiyi parlament, sözügedən müdafiə xərclərinin qarşısını ala biləcək büdcə kəsimlərini təsdiqləyib.
Hesabatda ABŞ-ın Tayvanda müxalifət partiyalarına təzyiq etdiyinə diqqət çəkir ki, bu da müdafiə büdcəsinin artırılmasına qarşı çıxmasın: “Biz müxalifətə sərt mesajlar veririk. Biz deyirik ki, “Bunu əngəlləməyin. Bu Tayvan üçün partizan məsələsi deyil, ölüm-dirim məsələsidir”.
Pekin ABŞ-ın Tayvana silah satışına qarşı olduğunu bir daha bəyan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib ki, ABŞ Tayvan boğazında gərginliyə səbəb ola biləcək “yeni amillər” yaratmaqdan çəkinməlidir.