Moskva paradının portreti
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
12:57 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 159 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
Rusiya prezidenti Vladimir Putin Rusiya dövlət televiziyasında yayımlanmağa hazırlanan müsahibəsində Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib. Rusiya prezidenti Ukrayna ilə müharibədə indiyədək nüvə silahından istifadəyə ehtiyac olmadığını bildirib.
Müsahibədən bir hissə “Telegram” vasitəsilə paylaşılıb. Rusiyanın Ukraynadakı münaqişəyə məntiqi son qoyacaq güc və vasitələrə malik olduğunu bildirən Putin, Ukraynanın Rusiya ərazisinə hücumları ilə bağlı sualı da cavablandırıb.
Rusiya prezidenti suala cavabında nüvə silahına işarə edərək, "Bu (nüvə) silahlardan istifadə etməyə ehtiyac yox idi və ümid edirəm ki, gələcəkdə də onlara ehtiyac olmayacaq", – deyib.
2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinə işarə edən Putin sözlərini belə davam etdirib: “Bizim gücümüz və vasitələrimiz var ki, 2022-ci ildə başlananı Rusiyanın ehtiyac duyduğu nəticə ilə məntiqi sona çatdıraq”.
***
Digər tərəfdən, Ukrayna səlahiyyətlilərinin açıqlamasına görə, Rusiya qüvvələrinin gecə saatlarında paytaxt Kiyevə təşkil etdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda ikisi uşaq olmaqla 11 nəfər yaralanıb.
Hücum Rusiyanın İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsinin 80-ci ildönümünü qeyd etmək üçün 8-10 may tarixləri arasında atəşkəs elan etməsindən sonra baş verib. Ukrayna prezidenti Vladimir Zelenski real atəşkəsə çağırıb, lakin çağırışı qəbul edilməyib.
Zelenski “X” sosial media platformasında verdiyi açıqlamada "Ruslar hər gün Ukraynanı vurarkən atəşkəs çağırışı edir. Atəşkəs təkcə bayramlarda deyil, hər gün olmalıdır".
***
Kiyev komandanlığının rəhbəri Timur Tkaçenko da PUA-nın paytaxta hücumu barədə məlumat verərək, məhv edilmiş PUA-lardan düşən parçaların Obolonski və Svyatoşinski rayonlarında yaşayış evlərində yanğına səbəb olduğunu qeyd edib.
Ukrayna fövqəladə hallar xidmətinin məlumatına görə, şəhər boyu baş verən yanğınları söndürmək üçün 76 yanğınsöndürən ayrılıb.