Tramp və Vensə qarşı təxribat
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
09:11 | 13 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 223 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
İran Səudiyyə Ərəbistanını hədələdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
ABŞ Meksikanın Aşağı Kaliforniya əyalətinin qubernatoru Marina del Pilar Avilanın turist vizasının ləğv edib. Bu barədə hakim Morena partiyasının 39 yaşlı üzvü dünən sosial şəbəkədə həyat yoldaşı ilə vizalarının ləğv edildiyini açıqlayıb: “Mən tam əminəm ki, bu vəziyyət bizi qane edəcək şəkildə həll olunacaq”.
Onunla eyni partiyadan olan siyasətçi əri Karlos Torres, “Vicdanım təmizdir”, – deyib və əlavə etdi ki, ABŞ və ya Meksikada viza ləğvi ilə bağlı onlara qarşı heç bir istintaq və ya hüquqi ittiham yoxdur.
Cütlüyün vizasının niyə ləğv edildiyi hələlik məlum deyil.
ABŞ-ın bölgədəki konsulluğunun sözçüsü “The Associated Press” (AP) xəbər agentliyinə viza qeydlərinin məxfi olduğunu və şəxslərin sənədlərinin paylaşıla bilməyəcəyini bildirib.
ABŞ-ın Kaliforniya ştatı ilə həmsərhəd olan Aşağı Kaliforniya iki ölkə arasında qanunsuz miqrant keçidlərinin ən çox olduğu bölgədir.
Digər tərəfdən, qonşusu ilə gömrük rüsumları ilə bağlı problemlər yaşayan ABŞ, Meksikanın da “Google” ilə problem yaşamasına səbəb olub.
Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının dəyişdirilərək “Amerika Körfəzi” adlandırılması barədə sərəncam imzalayıb.
Meksika prezidenti Klaudia Şeynbaum, ABŞ-da istifadə edilən xəritəçəkmə tətbiqində “Meksika Körfəzi” adını “Amerika Körfəzi” olaraq dəyişdirdiyi üçün texnologiya nəhəngini məhkəməyə verdiklərini açıqladı.
Ötən həftə paytaxt Mexikodakı Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında danışan Şeynbaum, bu mövzuda daha əvvəl “Google”a xəbərdarlıq etdiklərini, lakin istəklərinin yerinə yetirilmədiyini söylədi.
Körfəzin ABŞ sahillərinə uyğun gələn hissəsi üçün “Amerika Körfəzi” adının istifadəsinə etiraz etmədiklərini vurğulayan Şeynbaum, “Ancaq Google bütün körfəzi bu şəkildə adlandıra bilməz. Bu, beynəlxalq bir məsələdir. Bizim xahişimiz budur ki, “Google” “Amerika Körfəzi” adını yalnız ABŞ ərazisinə uyğun gələn hissəyə yerləşdirsin və Meksika və Kubaya tərəf hissəsində “Meksika körfəzi” adından istifadə etsin”.
“Google” fevralın 11-də “Maps” tətbiqindəki “Meksika körfəzi” adının “Amerika Körfəzi” olaraq dəyişdirildiyini elan etmişdi.