Ankara Krımın ilhaqını bağışlamır
Türkiyə və Rusiya münasibətləri yeni müstəvidə
Rusif MƏMMƏDSOY, siyasi ekspert
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
Türkiyə xarici işlər nazirliyi Krımla bağlı açıqlama verib. XİN bildirib ki, “Biz Krımın Rusiya tərəfindən ilhaq edilməsini qəbul etmirik və Rusiyanın bu addımı hüquq normalarına tamamilə ziddir”. Rəsmi Ankara eyni zamanda Krım tatarlarının tarixi vətənləri Krımda öz milli kimliklərini mühafizə etməsi, güvən və hüzur içində yaşamalarının təmin olunması üçün onlara hər zaman dəstək verəcəyini bildirib.
Bildiyimiz kimi Türkiyə və Rusiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Lakin, buna baxmayaraq Türkiyə üçün daha vacib məsələlər var. Hansı ki, Türkiyənin özü də illərdir separatizm təhlükəsi ilə mübarizə aparır. Bu mənada Türkiyə Ukraynanın torpaq bütünlüyünü birmənalı olaraq dəstəkləməlidir. Bundan əlavə Krım, tatarlarının yaşadığı bölgə olub və Türkiyə tərəfi orda keçirilən referendumu da əsassız olduğunu bildirib. Lakin, bir həqiqət də var ki, Krımda ruslar üstünlük təşkil edirdilər.
Bu zaman belə bir sual ortaya çıxır ki, ikitərəfli münasibətlərin inkişaf etdiyi bir zamanda bu bəyanat nə üçün edildi?
Bu açıqlamanın bir çox fərqli səbəbləri var. Yuxarıda sadalananlardan əlavə Türkiyə ABŞ-la münasibətlərdə bütün körpüləri yandırmaq istəmir. Türkiyə tərəfi Rusiyanı bəzi məsələlərdə ittiham etməklə ABŞ-la arasında yaranmış soyuqluğu bir qədər düzəltmək niyyətindədir. Çünki, Türkiyədə mart ayının 31-də bələdiyyə seçkiləri baş tutacaq və hökumət ABŞ-ın müəyyən müdaxilə etməsindən narahatdır. Bundan əlavə ABŞ-ın iqtisadi sanksiyaları nəticəsində Türk lirəsinin dəyəri olduqca aşağı düşüb və bu hal böyük çətinliklər yaradır. Xüsusilə də statistikaya əsasən Türkiyədə işsizlik səviyyəsi digər illərlə nisbətən artaraq 11,6 faiz təşkil edib. Bu isə ötən illə müqayisədə 3 milyon 788 min nəfər artım deməkdir. Bu mənada Türkiyə ABŞ-la münasibətlərin bərpa edilməsində maraqlıdır. Əks halda bundan da çətin vəziyyətə düşə bilər hazırkı hökumət.
ABŞ və Türkiyə arasında yaxın aylarla müqayisədə münasibətlərin inkişafı nəzərə çarpır. Belə ki, bir neçə həftə əvvəl Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuşdu. Həmin telefon danışığından sonra Ərdoğan münasibətlərin qaydaya düşdüyünü və həmkarı ilə yaxın günlərdə görüşə biləcəklərini də mətbuata açıqlamışdı. Bundan əlavə 2017-ci ildən sonra ABŞ Türkiyəyə səfir təyin etmirdi. Ötən ay isə bu posta Devid Satterfildin gələ biləcəyi müzakirə mövzusuna çevrildi.
Rusiyanın bu bəyanata cavabı da olduqca maraqlıdır. Yəqin ki, yaxın günlərdə Rusiya XİN də bu barədə açıqlama verəcək. Lakin, bunun iki ölkə arasındakı münasibətlərdə "uçurum" yaradacağını düşünmürəm. Çünki, Rusiyanın Türkiyəyə ehtiyacı ondan daha çoxdur...