vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
10:42 | 9 mart 2022 | Çərşənbə Məqaləyə 1354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada valyuta qadağası

Bankların vətəndaşlara nağd satışı yasaqlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Bankı qaydaları müvəqqəti adlandırır, martın 9-dan sentyabrın 9-dək qüvvədə olacağı bildirilir. Rusiyanın mərkəzi bankı nağd valyuta ilə bağlı yeni qaydalar açıqlayıb. Bankların vətəndaşlara nağd valyuta satması qadağan edilir, valyuta hesablarından 10 min dollardan artıq çıxarmağa icazə verilmir. Qalan vəsaiti rublun gündəlik kursuna əsasən götürmək olar. Bu qaydalar Rusiyanın Ukraynaya hücumuna görə qərbin sanksiyaları fonunda qüvvəyə minir.

Rusiya Bankı qaydaları müvəqqəti adlandırır, martın 9-dan sentyabrın 9-dək qüvvədə olacağı bildirilir.


Valyutanı rubla dəyişmək mümkün olacaq


Mərkəzi bank bildirir ki, müştərilərin valyuta hesablarındakı vəsaitlər qorunur, amma onlara çıxış üçün 10 min dollarlıq məhdudiyyət qoyulub. Müştərinin əmanəti başqa valyutadadırsa, ona yenə də dollarla ödəniş ediləcək.

“Müvəqqəti rejimin qüvvədə olduğu müddətdə vətəndaşlara nağd valyuta satılmayacaq”, – məlumatda deyilir.

İstənilən məbləğdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq.

Dünən – martın 8-də ABŞ Rusiyaya yeni sanksiyalar açıqlayıb, neft idxalını qadağan edib. Elə həmin gün bir sıra böyük korporasiyalar Rusiyada fəaliyyəti dayandırdıqlarını açıqlayıblar.