Putin nə istəyir?
Bu müharibəni bitirmək üçün çıxış yolu varmı?
Pol KİRBİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
Rusiya hərbçi sayı 180 min artdı
Müharibə rus əsgərlərin kütləvi ölüm yerinə çevrilib
Rusiya prezidenti Vladimir Putin 44 milyon əhalisi olan demokratik Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırır. O iddia edir ki, bu şərtlər daxilində Rusiya “təhlükəsiz şəkildə mövcud ola və inkişaf edə bilməz”.
Amma Ukraynanın bombalanması həftələrdir davam edəndən, minlərlə insan öləndən və milyonlarla ukraynalı ölkəni tərk edəndən sonra da bu sual aktual olaraq qalır: Putin nə istəyir və bu müharibəni bitirmək üçün çıxış yolu varmı?
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin “məsələ ölkənin gələcəyi və dünyadakı yeridir” deyir.
Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb. Amma “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür.
Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Ukraynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi.
“Ukraynanı hərbçilərdən və nasistlərdən təmizləmək və səkkiz il boyu Ukrayna hökumətinin zorakılığına və soyqırımına məruz qalmış insanları qorumaq” - Putin Rusiya xalqına əsas hədəfinin bu olduğunu deyirdi.
O israr edirdi ki, “Biz Ukrayna torpaqlarını işğal etməyi planlaşdırmırıq. Kiməsə zorla nələrisə qəbul etdirmək fikrində deyilik”.
Halbuki nasistlər və soyqırım iddiaları həqiqətə uyğun deyildi.
Rusiyanın şəhər və qəsəbələrə amansızcasına hücumu ukraynalıları birləşdirdi.
Bombardmanlar davam edir, amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir.
Putin niyə Ukraynanın neytral ölkə olmasını istəyir?
1991-ci ildə SSRİ dağılanda Ukrayna müstəqil dövlət statusu əldə etdi və yavaş-yavaş Qərbə, yəni Avropa Birliyinə və NATO-ya doğru yönəlməyə başladı.
Putinsə Sovet İttifaqının ləğvini “Rusiyanın parçalanması” kimi qiymətləndirərək prosesi geri döndərmək fikrinə düşdü.
O, rusların və ukraynalıların eyni soydan olduğunu deyir, Ukrayna tarixini görməzdən gəlir, ukraynalıların “heç vaxt dövlətçilik ənənəsinin olmadığını” iddia edir.
2013-cü ildə Putin Ukraynanın Rusiya yönümlü prezidenti Viktor Yanukoviçə təzyiq edərək onun Avropa Birliyilə ticarət və siyasi əməkdaşlıq müqaviləsi imzalamasına mane oldu. Ukrayna xalqı buna etiraz olaraq meydanlara çıxdı və Yanukoviç 2014-cü ilin fevral ayında vəzifəsindən getmək məcburiyyətində qaldı.
Buna cavab olaraq həmin il Rusiya Ukraynanın cənubundakı Krımı ilhaq etdi, ardınca da ölkənin şərqindəki silahlı separatçılara açıq dəstək verməyə başladı.
2015-ci ildə kövrək bir atəşkəs razılaşması əldə olundu, ardınca Minsk razılaşması imzalandı, amma tətbiq edilmədi.
Separatçılarla Ukrayna arasındakı qarşıdurmada o vaxtdan etibarən 14 min insan həlak olub.
Rusiyanın Ukraynaya hücumundan az əvvəl Putin Minsk razılaşmasını pozaraq separatçı “DXR” və “LXR”-i müstəqil dövlətlər kimi rəsmən tanıdığını açıqladı, ardınca da NATO-nu Krımda müharibəyə başlamaq istəyində və Rusiyanın “milli gələcəyini” təhdid etməkdə günahlandırdı.
Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Rusiyanın Ukraynada irəliləyə bilmədiyini və yaxın günlərdə atəşkəs razılaşması üçün bəzi addımlar ata biləcəyini deyib.
Hər iki tərəf sülh müzakirələrində irəliləyiş olduğunu bildirir. Podolyakın sözlərinə görə, Putin tələblərini yumşaldıb.
Krımın Rusiya ərazisi sayılması, “DXR” və “LXR”-in müstəqilliyinin tanınması - müharibənin başlanğıcında Putinin tələbləri bunlar idi. Eyni zamanda, Ukrayna Konstitusiyası dəyişdirilməli və NATO və Avropa Birliyinə qatılmamaq öhdəliyi ora əlavə edilməliydi.
Hələ ki Krım, Luqansk və Donetsk bölgələrinin taleyi qeyri-müəyyən olaraq qalmaqdadır, ancaq hesab olunur ki, bu mövzu daha sonra gündəmə gətirilə, sülh danışıqlarına mane olmaya bilər.
Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür.
Ekspertlər hesab edirlər ki, Rusiya tələblərini yumşaldıb və “demilitarizasiya və neytrallıq” şərtilə Ukraynanın orduya və donanmaya malik ölkə olmasını mümkün sayır.
“Belə görünür ki, Putin daha məhdud siyahıyla kifayətlənmək məcburiyyətində qalacaq”, - Rusiyanın müasir siyasətini tədqiq edən, “R.Politik və Karnegi Moskva Mərkəzi”nin təhlilçisi Tatyana Stanovaya deyir.
Amma Rusiyanın danışıqlarda xoş niyyətlə hərəkət etmədiyini düşünənlər də var.
Fransanın xarici işlər naziri hesab edir ki, silah gücünə razılaşma əldə edilməz, Moskvanın sülh müzakirələrindən əvvəl atəşkəs elan etməsi daha doğru olar.
Bəs Ukraynanın hansı tələbləri var?
Prezident Volodimir Zelenskinin müşaviri deyir ki, Ukrayna dərhal atəşkəs elan olunmasını və Rusiya hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edir; öz təhlükəsizliyini təmin edəcək razılaşma əldə edilməsini və mümkün hücumlara qarşı bir neçə ölkənin birlikdə onu müdafiə etməsini istəyir.
Ekspertlərin sözlərinə görə, Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və “dondurulmuş münaqişə” vəziyyətini qəbul etmirlər.
Digər tərəfdən, bəzi məsələlərdə Ukraynanın da mövqeyi yumşalmış kimi görünür. Son çıxışlarının birində Zelenski bildirdi ki, Ukraynanın heç vaxt NATO-ya üzv ola bilməyəcəyi fikriylə barışmaq lazımdır.
Putin NATO ilə ortaq məxrəcə gələ biləcəkmi?
Putin Ukraynayla razılaşma əldə etməyə çalışa bilər, amma son zamanlarda onun Qərbə və xüsusilə də NATO-ya nifrəti xeyli artmış kimi görünür.
Onun fikrincə, Qərbin ancaq bir məqsədi var - Rusiyanı parçalamaq və sonra da yox etmək.
Müharibədən əvvəl Putin NATO-dan bəzi şeylər tələb etdi - Şərqə doğru irəliləməni dayandırmaq; alyansa 1997-ci ildən sonra üzv olan ölkələrdən NATO qoşunlarını çıxarmaq və həmin ərazilərdəki hərbi strukturları ləğv etmək; Rusiyanın sərhədlərinə yaxın ərazilərə, yəni Mərkəzi Avropa, Şərqi Avropa və Baltik ölkələrinə silah yerləşdirməmək.
Putinin sözlərinə görə, Qərb SSRİ dağılmazdan bir qədər əvvəl, 1990-cu ildə verdiyi sözə - NATO-nu şərqə doğru genişlənməyəcəyi vədinə əməl etməyib.
Avropa liderləri isə tarixi bir yol ayrıcında olduğumuzu düşünürlər.
Almaniya kansleri Olaf Şolts düşünür ki, Putin “öz dünyagörüşünə uyğun olaraq Avropanı ələ keçirmək istəyir”.
ABŞ prezidenti Co Bayden Putini hərbi cinayətkar hesab edir.
Fransa prezidenti Emmanuel Macron və Scholz Avropa qitəsinin bir dönüm nöqtəsində olduğunu bildirirlər.
Müharibədən əvvəl Rusiya tələb etmişdi ki, ABŞ-ın nüvə silahlarının digər ölkələrin ərazilərinə yerləşdirilməsi qadağan olunsun. Onda ABŞ buna müsbət reaksiya vermişdi, amma indiki durumda məsələnin müzakirə edilməsi ehtimalı çox azdır.
Tatyana Stanovaya deyir ki, “Rusiyanın Qərbə daha çox hərbi və aqressiv ultimatumlar göndərməsinə hazır olmalıyıq”.
Rusiyanı bundan sonra nə gözləyir?
Rusiyanın Ukraynaya hücumuna Qərbin reaksiyası Putini heyrətə gətirdi.
O, NATO üzvlərinin Ukraynaya qoşun yeritməyəcəyini əvvəldən bilirdi, amma Rusiya iqtisadiyyatını artıq indidən sarsıtmağa başlamış sanksiyalarla üzləşəcəyini gözləmirdi.
Avropa Birliyi, ABŞ, Böyük Britaniya və Kanada Rusiyaya qarşı xeyli sayda sanksiya tətbiq etdilər:
Rusiya Mərkəzi Bankının aktivləri donduruldu və Qərb ölkələri Rusiyanın bəzi banklarını SWIFT sistemindən çıxardılar;
ABŞ Rusiyadan neft və qaz idxalını qadağan etdi; Avropa Birliyi qarşıdakı bir il ərzində təbii qaz idxalını üçdə birə qədər azaldacağını, Britaniya isə ilin sonuna Rusiya neftinin idxalını tamamən dayandıracağını açıqladı;
Almaniya Rusiyanın “Şimal axını-2” təbii qaz boru xətti layihəsinin davam etməyəcəyini bildirdi;
Avropa Birliyi, Britaniya və Kanada öz səmalarını Rusiyanın aviasiya şirkətlərinə qapatdılar;
Putinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Kremlə yaxın bir çox şəxsə sanksiyalar tətbiq olundu.
Ukrayna ilə mümkün sülh razılaşmasının bu sanksiyaların ləğvinə səbəb olmayacağını bilən Putin diqqətini Rusiyadakı müharibə əleyhdarlarına yönəltdi.
Son 20 gün ərzində ölkədə təxminən 20 min aksiya iştirakçısı saxlanıb, müstəqil media qurumlarının çoxu qapadılıb.
Müxalifət liderləri də ya məcburən ölkədən qaçdıqları, ya da Aleksey Navalnı kimi həbsə atıldıqları üçün Rusiyada hər hansı siyasi müxalifət qalmayıb.
Putinin qəzəbi sanki getdikcə daha çox artır.
O, “Rus xalqı vətənpərvərləri xainlərdən və əcalflardan seçə bilir” deyir.