vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
22:32 | 21 mart 2022 | Bazar ertəsi Məqaləyə 832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həftə sonu 3 zirvə görüşü

Avropa İttifaqı, NATO və “Böyük yeddilər” Rusiyaya yeni embarqoları müzakirə edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri Ukraynaya əsassız hücumuna görə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə etmək üçün Brüsseldə görüşür. Blokun 27 üzvünün nazirləri martın 21-də keçirilən toplantıda təcili yardım və hərbi əməkdaşlıq məsələlərini də müzakirə edir.

Görüşdən əvvəl Avropa İttifaqının diplomatı Rusiyanın enerji idxalına qadağa qoyulması ilə bağlı məsələnin hələ də həll olunmadığını bildirərək, gələcək sanksiyalarla bağlı qərarın asan olmayacağını deyib.

Görüş qərb müttəfiqləri arasında Ukrayna ilə bağlı toplantılardan əvvəl keçirilir. Belə ki, həftənin sonunda Avropa İttifaqı sammiti, NATO sammiti və “Böyük yeddilər”in (G7) danışıqları planlaşdırılır.

Polşa və Baltikyanı ölkələr Rusiyadan neft və qaz idxalına qadağa da daxil olmaqla, Avropa İttifaqını daha sərt sanksiyalar tətbiq etməyə çalışır. Ancaq Rusiya qazından çox istifadə edən Almaniya və Avropa İttifaqına üzv olan ölkələr buna müqavimət göstərir.

Kremlin sözçüsü Dmitri Peskov martın 21-də qitənin enerji balansına zərbə vuran Rusiya neftinə embarqo qoyulacağı təqdirdə Avropanın da ağır zərbə alacağını bildirib.

Avropa İttifaqının diplomatları jurnalistlərə Polşanın da NATO-nun ümumi müdafiə strategiyasında daha çox önəm verilməsini istədiyini deyib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı nazirlərini münaqişənin hazırkı vəziyyəti ilə bağlı məlumatlandıracaq. Tədbirdə Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku da iştirak edir.

Avropa Ittifaqının baş diplomatı Cosef Borrell deyib ki, Rusiya həftələrdir Ukraynanın cənubunda mühasirədə olan liman şəhəri Mariupola hücumu ilə “kütləvi şəkildə hərbi cinayət” törədib.

"İndi Mariupolda baş verənlər hər şeyi məhv edən, bombalayan və öldürən böyük hərbi cinayətdir" - deyə, Borrell Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının əvvəlində bildirib.