vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
00:47 | 25 mart 2022 | Cümə Məqaləyə 495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

OMON-da insident

“Plastun” əməliyyat qrupu müharibəyə qoşulmadığı üçün işdən çıxarılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Krasnodarda Milli Qvardiyanın yerli rəhbərliyinin OMON “Plastun” əməliyyat qrupunun komandiri Fərid Çitava və onun tabeliyində olan 11 nəfər Ukraynaya getməkdən imtina etdikləri üçün işdən çıxarılıb. Bu barədə “Aqora” beynəlxalq hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov məlumat verib.

Çikov bildirib ki, fevralın 6-dan Milli Qvardiyaçılar Krımda Zaslon 2022 təlimlərində olub və fevralın 25-də onlara Ukrayna ərazisinə getmək əmri verilib. Təhlükəsizlik qüvvələri əmri qanunsuz hesab edərək, bundan imtina edib.

“Onların birbaşa rəsmi vəzifələrinin Rusiya Federasiyasının ərazisi ilə məhdudlaşdığı üçün heç birinin yanında nə xarici pasport olub, nə də onların Rusiya ərazisini tərk etmək niyyəti olub. Onlara heç kim Ukraynada xüsusi təyinatlı hərbi hissədə iştirak etmək üçün ezamiyyətə göndərildiyini deməyib. Bu əməliyyatın vəzifələri və şərtləri barədə onlara məlumat verilməyib və nəticədə onlar buna razılıq verməyib” - deyə, “Aqora” təşkilatının rəhbəri yazıb.

İmtinadan etdikdən sonra Milli qvardiyaçılar Krasnodara qaytarılıb. Onlar rəsmi yoxlamadan keçirilib və işdən çıxarılıb. Rosqvardiyaçılar işdən çıxarılmalarını qanunsuz hesab edib və işə bərpa olunmaları üçün məhkəməyə müraciət edib.