Növbəti hədəfi Moldovadır
Rusiya Krımdan sonra Dnestryanı «yaranın qasnağı»nı qoparacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Səfirə nota verildi
Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi
-
Moldovada referendum keçiriləcək
Daha bir keçmiş sovet respublikası AB-yə üzv olmaqda qərarlıdır
-
Moskva “şantaj”da ittiham olunur
“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”
-
Ukrayna və Moldova Aİ üzvlüyünə namizəddir
Zelenski sammitin qərarını münasibətlərdə unikal an adlandırıb
-
Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”
-
Aİ-yə namizəd statusu tövsiyəsi
Avropa Komissiyası ilin sonuna kimi Ukrayna və Moldovanın vəziyyətini dəyərləndirəcək
-
Keçmiş prezident dövlətə xəyanətdə ittiham olunur
Prokurorluq Dodonun 30 sutkalıq həbs üçün məhkəməyə müraciət edib
-
Dnestryanı separatçılarının “hücum oyunu”
-
Müharibənin bir addımlığında?
Dnestryanıda eskalasiyanın dörd versiyası və mümkün nəticələr
-
Moskvanın Moldova planı ...
Putinin xəyalındakı ssenarilər üçün ordusunun gücü qalıbmı?
-
Bu dəfə Moldova ilə bağlı ...
Ukrayna yenə Rusiyanı sabitliyi pozmaqda ittiham edib
-
Dnestryanıya PUA hücumu?
“Ötən gecə Kobasna kəndi üzərində bir neçə dron görünüb”
-
“Gərginliyin artırılması cəhdidir”
Moldova Prezidenti Dnestryanı bölgəsindəki partlayışlara reaksiya verdi
-
“Gərginlik üçün bəhanə lazımdır”
Separatçı Dnestryanı bölgədə iki radio antena partladılıb
-
Delyaginə cinayət işi açıldı
Baş prokurorluq Bakıya nüvə zərbəsi endirməyə çağıran rusiyalı deputat beynəlxalq axtarışa verdi
-
“Qəbuledilməz və məsuliyyətsiz bəyanat”
Rusiya rəsmiləri teleşou havasına girmiş deputatı məzəmmət ediblər
Dumanın deputatı Roman Hudyakov Dnestryanının müstəqilliyini tanımağı təklif edir.
Rusiya Dövlət Dumasının Dumada Regional siyasət və Şimal və Uzaq Şərq Problemləri Komitəsi sədrinin müavini, Liberal-Demokrat Fraksiyasının beynəlxalq əlaqələr üzrə səlahiyyətli təmsilçisi, Dnesteryanıdan olan deputatı Roman Hudyakov Moldovada separat rejimin müstəqilliyini tanıdığını bəyan edib.
Bu açıqlama ilə deputat Roman Hudyakov
öz «facebook» səhifəsində çıxış edib.
O, Rusiya Dövlət Duması və Xarici İşlər
Nazirliyindən bu rejimin müstəqilliyinin tanınmasını istəyib. XİN müavini Q.B
Karasinə müraciətində Ukraynanı misal göstərən deputat Rusiyanın Dnesteryanını
qorumalı olduğunu deyib.
“Təklif edirəm ki, Ukraynada hadisələrin
inkişafını nəzərə alıb bənzər ssenarinin Moldovada təkrarlanmasına yol
verməyəsiniz. Hər şeydən əvvəl, söhbət 200 min Rusiya vətəndaşının yaşadığı
Dnestryanıdan gedir. 2006-cı ildə keçirilən referendumda Dnestryanı Moldova
Respublikasının 97% vətəndaşı Rusiyanın tərkibində müstəqilliyin tərəfdarı
olduğunu bəyan ediblər. Bu gün isə onlar rumın yönlü Moldova hökumətinin hərbi
ilhaqına məruz qala bilərlər.
Yaranmış vəziyyətin ağırlığını və
təhlükənin böyüklüyünü, eləcə də Dnestryanı xalqının istəyini nəzərə alaraq
Dnestraynının müstəqilliyinin tanınmasını və daha sonra Rusiya Federasiyasını
qoşulması məsələsini bir daha gözdən keçirməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Roman Hudyakov LDPR partiyasının üzvüdür. O, Jrinovskiyə yaxın olan sima kimi tanınır.