vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:06 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 1029 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dnestryanıya PUA hücumu?

“Ötən gecə Kobasna kəndi üzərində bir neçə dron görünüb”

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldovanın separatçı Dnestryanı regionundan separatçı rejim Rusiyanın sursat deposu yerləşən kəndin üzərində Ukraynadan Pilotsuz uçuş aparatları (PUA) – dronlar uçduğunu, sonra atəş açıldığını iddia edir. “Ötən gecə Kobasna kəndi üzərində səmada bir neçə dron görünüb”, – qondarma rejimin “daxili işlər nazirliyi” vebsaytında bildirib. “Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb”, – məlumatda vurğulanır.

***

Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb. Son günlər separatçı rejim gah radio qüllənin vurulduğunu, gah separatçı hərbi bölməyə hücum olduğunu, gah da qondarma “dövlət təhlükəsizliyi nazirliyi” binasına yönəlik partlayışlar törədildiyini iddia edib.

Dnestryanı rəsmiləri bu insidentləri “terror hücumları” adlandırıb, Kreml isə onların “ciddi narahatlıq” yaratdığını deyib. Bütün bunlar qonşu Ukraynadakı müharibənin Moldova ərazisinə keçəcəyi ehtimalına yol açır.

1992-ci ildə Moldova ilə Dnestryanı qısamüddətli müharibə aparıb. Rusiya qüvvələri separatçılar tərəfdən müdaxilə edərək müharibəni dayandırıb. Münaqişədə minədək adam öldürülüb.

***

Ukrayna sərhədinin iki kilometrliyində olan Kobasnada Şərqi Avropanın ən böyük sursat depolarından biri yerləşir.

Bu depoda sovet dövründən qalma 20 min ton sursatın olduğu bildirilir, onu 1500-dək Rusiya əsgəri qoruyur.

Moldova dəfələrlə Rusiyaya müraciət edib ki, 1999-cu ildə ATƏT sammitində verdiyi vədə əməl etsin, sursat deposunu boşaltsın, əsgərləri ərazidən evakuasiya etsin.

Bu deponu qoruyan əsgərlərdən başqa Rusiyanın Dnestryanıda sülhməramlı adı altında daha 400-500 əsgər saxlayır.

Moldova Prezidenti Maya Sandu Dnestryanıdakı insidentlərdən sonra vətəndaşları sakit olmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin deyib ki, Birləşmiş Ştatlar Moldovadakı “partlayışların səbəbini hələ də təhlil edir”.