
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Avropa İttifaqının (Aİ) bu həftəyə gözlənən sammitinin yekun bəyannamə layihəsində Ukrayna və Moldovaya namizəd statusu təklif olunur. “Avropa Şurası Ukraynaya və Moldova Respublikasına namizəd status verməyi qərara alıb”, – 21 iyun tarixli sənəddə deyilir. Sənəddə qeyd olunur ki, Tbilisi bəzi şərtləri yerinə yetirəndən sonra Gürcüstana da eyni status veriləcək.
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”, – sənəd layihəsində vurğulanır.
Blokun 27 üzvünün hamısı qərarı dəstəkləməlidir, amma ona hər hansı müqavimətin olacağı real görünmür.
***
Aİ daxilində bu qərarla “problemləri olan bircə ölkə belə yoxdur”, – Luksemburqdan Jan Asselborn iyunun 21-dı Aİ xarici işlər nazirlərinin görüşündən öncə deyib. Onun bir sıra həmkarları da toplantıda eyni fikirləri səsləndiriblər.
Bu qərar Kiyevin Rusiyanın səbəbsiz və əsassız müharibəsinə qarşı müqavimət göstərdiyi bir dönəmdə verilir. Fevralın 24-də başlanan müharibədə onminlərlə insan öldürülüb, nəhəng maddi ziyan dəyib.
Aİ liderlərinin iyunun 23-24-də Brüsseldə keçiriləcək görüşündə Rusiyaya əlavə sanksiyaların hazırlanması açıqlana bilər. Qızılın da sanksiya tətbiq olunan aktivlərə daxil edilməsi mümkündür.
Layihədə deyilir ki, sanksiyalar, o cümlədən onların icrasının möhkəmləndirilməsi və yayınmanın önlənməsi üzərində iş davam edəcək. Blokun Ukraynaya əlavə hərbi dəstək göstərməyə “güclü şəkildə sadiq qaldığı” vurğulanır.
***
Aİ həmçinin belarusluların “yeni, azad və ədalətli seçkilər” hüququnun təmin olunması çağırışlarını vurğulayır, bu ölkənin hakimiyyətini “insan haqları, demokratiya, hüququn aliliyini təmin etməyə, repressiyalara son qoymağa və siyasi məhbusları azad etməyə” çağırır.
2020-ci ilin avqustunda avtoritar lider Aleksandr Lukaşenkonun altıncı müddətə prezident seçildiyi elan ediləndən sonra hakimiyyət nümayişçilərə sərt divan tutub.
İnsan haqları və müxalifət fəalları seçkinin saxtalaşdırıldığını deyirlər. Qərb Lukaşenkonu legitim prezident kimi tanımayıb.
Belarusun müxalifət liderlərindən çoxu ya həbs olunub, ya da ölkədən getməyə məcbur qalıb. Lukaşenko müxalifətlə danışıqlardan imtina edib.