Keçmiş prezident dövlətə xəyanətdə ittiham olunur
Prokurorluq Dodonun 30 sutkalıq həbs üçün məhkəməyə müraciət edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Səfirə nota verildi
Rusiya Moldova diplomatını “persona non-qrata” elan etdi
-
Moldovada referendum keçiriləcək
Daha bir keçmiş sovet respublikası AB-yə üzv olmaqda qərarlıdır
-
Moskva “şantaj”da ittiham olunur
“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”
-
Ukrayna və Moldova Aİ üzvlüyünə namizəddir
Zelenski sammitin qərarını münasibətlərdə unikal an adlandırıb
-
Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir
“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”
-
Aİ-yə namizəd statusu tövsiyəsi
Avropa Komissiyası ilin sonuna kimi Ukrayna və Moldovanın vəziyyətini dəyərləndirəcək
-
Dnestryanı separatçılarının “hücum oyunu”
-
Müharibənin bir addımlığında?
Dnestryanıda eskalasiyanın dörd versiyası və mümkün nəticələr
-
Moskvanın Moldova planı ...
Putinin xəyalındakı ssenarilər üçün ordusunun gücü qalıbmı?
-
Bu dəfə Moldova ilə bağlı ...
Ukrayna yenə Rusiyanı sabitliyi pozmaqda ittiham edib
-
Dnestryanıya PUA hücumu?
“Ötən gecə Kobasna kəndi üzərində bir neçə dron görünüb”
-
“Gərginliyin artırılması cəhdidir”
Moldova Prezidenti Dnestryanı bölgəsindəki partlayışlara reaksiya verdi
-
“Gərginlik üçün bəhanə lazımdır”
Separatçı Dnestryanı bölgədə iki radio antena partladılıb
-
“Kiçik Marşall planı”
... Yaxud Gürcüstanda, Ukraynada və Moldovadakı sinxron proseslər
-
GUAM uğrunda ...
Gürcüstanda hansı savaş gedir?
-
Siyasi böhran çözüldü?
ABŞ, Avropa və Rusiya Moldovada razılaşdı
Moldovanın antikorrupsiya prokurorluğu keçmiş prezident İqor Dodona qarşı rəsmən ittihamlar irəli sürüb. Rusiyayönlü siyasətçi dövlətə xəyanət və korrupsiya da daxil 4 maddə üzrə ittiham olunur. Prokurorluq mayın 26-da Dodonun 30 sutkalıq həbs edilməsi üçün məhkəməyə müraciət edəcək.
Bundan əvvəl Dodon 72 saat müddətində saxlanmışdı. Keçmiş prezident özünə qarşı ittihamları siyasi motivli adlandırır. Saxlanmasından əvvəl Dodonun evində axtarış aparılmışdı.
İstintaqın versiyasına görə Dodon Moldova oliqarxı Vladimir Plahotnyukdan rüşvət alıb.
İstintaqın ixtiyarında 2019-cu ildə çəkilmiş video var.
***
Gizli kamera ilə çəkilmiş videoda Plahotnyukun İqor Dodona qara rəngli paket ötürməyə çalışdığı görünür.
Dodon o zaman hələ fəaliyyətdə olan prezident idi. Videoda Dodon paketə toxunmur, amma deyir: “Siz yenə torba ilə gəlmisiniz?” Bundan sonra Dodon paketin hansısa “Kostyaya” verilməsini xahiş edir.
Bu videoda Dodon və Plahotnyuk habelə parlamentdə konstitusiya çoxluğu verəcək koalisiyanın yaradılmasını müzakirə edirlər.
Plahotnyuk Moldova siyasətinin “boz kardinalı”sayılırdı və onun Demokratik Partiyası ölkənin əsas siyasi qüvvələrindən biri idi.
Bir neçə il bundan əvvəl Plahotnyuk ona qarşı cinayət işinin qaldırılmasına görə bir müddət ölkəni tərk etmişdi. Bundan sonra onun tərəfdarları da siyasi nüfuzlarını itirməyə başlamışdlar.
O vaxt xəbər verilirdi ki, Plahotnyukla mübarizədə qərbyönlü müxalifət Dodonun tərəfdarları ilə həmfikir idi.
Rusiyada Plahotnyuk bir neçə cinayət işi üzrə keçir. Moskva onu beynəlxalq axtarışa verib.
Dodon rusiyayönlü siyasətçi sayılır və Putinin dəvətilə bir neçə dəfə Moskvada olub və Qırmızı meydanda keçirilən Qələbə paradında iştirak edib.