Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:11 | 17 iyun 2022 | Cümə
Məqaləyə 1111 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ermənistanda qutudan kim çıxacaq ...
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verməyi tövsiyə edib. Tövsiyə gələn həftə Brüsseldə Aİ-nin sammitində müzakirə olunacaq. Komissiya bildirib ki, üzvlük üçün müraciət etmiş digər ölkə – Gürcüstan müəyyən şərtləri yerinə yetirəndən sonra namizəd statusu alacaq.
Üzvlük danışıqlarının başlanması üçün Aİ üzvləri buna yekdilliklə razılıq verməlidir.
***
Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməyi tövsiyə edəcək, amma bununla yanaşı bəzi şərtlər irəli sürəcək. Bunu danışıqlardan xəbərdar bir neçə mənbə deyib.
Komissiya iyunun 17-də Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətlərinə dair dəyərləndirməsini açıqlamalıdır. Mənbələrin dediyinə görə, Gürcüstana spesifiki şərlərə əməl edəcəyi halda namizəd statusu vəd olunacaq.
Tövsiyələr hər üç ölkə üçün əhəmiyyətli sayılır. Özəlliklə Ukrayna Aİ-yolunda irəliləyişin Rusiyanın səbəbsiz işğalı fonunda təhlükəsizliyini gücləndirəcəyinə ümid edir.
Mənbələr deyirlər ki, Ukrayna və Moldova üçün bir sıra sahələrdə öhdəliklər qoyulacaq, Avropa Komissiyası ilin sonuna vəziyyəti dəyərləndirəcək.
***
Ukrayna üçün şərtlərin prokurorların təyinatında şəffaflıq, milli azlıqların qorunması, çirkli pulyuma və oliqarxsızlaşdırma üzrə qanunvericiliklə bağlı olacağı gözlənir.
Moldova üçün şərtlərə isə ədliyyə islahatları, enerji, iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi və rəqabət siyasəti daxildir.
Gürcüstana gəlincə, namizəd statusu almaq üçün ən sərt şərtlər ədliyyədə islahatlarla bağlıdır. Brüssel illərdir Tbilisinin bu sahədə geriləməsindən narahatdır.
Mənbələr müəyyən məsələlərin açıq qaldığını deyirlər, məsələn, qoyulan şərtlərə əməl olunmasa namizəd statusu ləğv oluna bilərmi. Status verilənədək ölkələrin müəyyən siyasi addımlar atması üzrə də danışıqlar aparılır.
Bu üç ölkəyə namizəd statusunun verilməsinə dair Aİ-nin qərb üzvləri arasında skeptisizm vardı. Ancaq Fransa və Almaniya liderləri iyunun 16-da Kiyevə səfər zamanı məsələyə dəstək bildiriblər.
***
İyunun 17-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusuna dair sürətləndirilmiş rəyini açıqlamalıdır.
İndiyədək heç bir ölkənin namizəd statusuna dair rəy belə sürətlə açıqlanmayıb. Rəyi blokun 27 üzv ölkəsi də təsdiqləməlidir.
Almaniyanın “dpa” agentliyi komissiyadakı mənbələrə istinadla xəbər verir ki, qurumun həm Ukrayna, həm də Moldovaya namizəd statusu verməyin xeyrinə çıxış edəcəyi gözlənir.
Bu rəy əsasından iyunun 23-24-də Aİ sammitində müzakirələr aparılacaq. Üzv ölkələrin Ukraynanın namizəd statusunu təsdiqləyəcəyi, ancaq sərt şərtlər qoyacağı gözlənir. Üzvlük isə illər, hətta onillər çəkə bilər.
Rusiya fevralın 24-də işğala başlayandan dərhal sonra Prezident Volodimir Zelenski Ukraynanın Aİ üzvlüyü üçün rəsmən müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da eyni addımı atıblar.
“Dpa” mənbələrə istinadla yazır ki, Gürcüstana namizəd statusu yalnız müəyyən şərtlərin icrasından sonra verilə bilər.