Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
19:48 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 770 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Moldova Prezidenti Maya Sandu ölkəsindəki kritik seçkilər öncəsi Avropa Parlamentini Rusiyanın müdaxiləsi ilə bağlı xəbərdar edib.
Sandu AB üzvlüyünü Orta Avropa ölkəsi üçün “həyatda qalma məsələsi” kimi dəyərləndirib və Şərqi Avropa ölkəsinin kritik parlament seçkilərinə gedərkən “zamana qarşı yarış”da olduğunu bildirərək Rusiyanın müdaxiləsi və təsiri barədə xəbərdarlıq edib.
Sandu ölkə tarixindəki “ən vacib” və AB üzvlüyü yolundakı “son mübarizə” adlandırdığı 28 sentyabr seçkilərindən üç həftə əvvəl Strasburqda Avropa Parlamentinə (AP) müraciət edib.
Sandunun Avropa tərəfdarı Əmək və Həmrəylik Partiyasının (PAS) cazibəsi 2021-ci ildəki son seçkilərlə müqayisədə xeyli azalıb. Əsas müxalifət qrupu isə Rusiyaya çox yaxın olduğu düşünülən dörd partiyanın birləşməsi olan Vətənpərvər Blok (PSRM) tərəfindən öndə gedə bilər.
Sandu Avropa Parlamentindəki də çıxışında, “Bu seçkinin nəticəsi, AB üzvlüyü yolunda dayanıqlı demokratiya olaraq möhkəmlənib-möhkəmlənməyəcəyimizi yoxsa Rusiyanın bizi qeyri-sabitləşdirib Avropadan uzaqlaşdırıb-uzaqlaşdırmayacağını müəyyən edəcək”, – deyib.
Moldova 2022-ci ildən AB üzvlüyünə namizəd olub və danışıqlar 2024-cü ilin iyun ayında rəsmi olaraq başlayıb. Sandu ölkəni “qarşı-qarşıya olduğumuz ən böyük təhdid” adlandırdığı Rusiyadan qorumaq üçün üzvlüyü “zamana qarşı yarış” kimi qiymətləndirir.
Lakin ötən oktyabr ayında AB üzvlüyünün Moldova Konstitusiyasında yer alması üçün keçirilən referendumun çox az fərqlə qələbə qazanması bu yolda şübhələr yaradıb.
Qələbələrinə baxmayaraq AB tərəfdarı kampaniyanın əhvalı pozulub və Sandu səs alveri və Rus müdaxiləsi iddialarında çıxıç edib.
Bir il sonra Kremli eyni qanunsuz müdaxilə ilə ittiham Maya Sandu Strasburqdakı deputatlara müraciətində, “Rusiya bizə qarşı bütün hibrid hücum silahlarını açdı. Döyüş meydanı bizim seçkilərimizdir”, – deyib.
Sandu iddia edib ki, ruslar “Moldovanı səsvermə yolu ilə ələ keçirmək” üçün müxtəlif taktikalar tətbiq ediblər – kripto və qabaqcadan ödənilmiş kartlar vasitəsilə qanunsuz maliyyə axını, kiberhücumlar, sosial medianın manipulyasiyası və hətta səs alveri planları. O, həmçinin qeyd edib ki, dövlət institutlarının adına saxta e-maillər, siyasətçilərin dərin saxtalaşdırmaları, neytral xəbər kimi görünən, amma Kremlin təbliğat maşınına xidmət edən saxta saytlar da istifadə olunub.
“İnstitutlarımız hesab edir ki, Rusiya 2024-cü il seçkilərinə təsir etmək üçün il ərzində Moldova ÜDM-nin təxminən 1%-inə bərabər xərcləmə edib”, – deyə Sandu əlavə edib.
Sandu həmçinin Moldovalı cinayətkar qrupların sabotaj və qorxutma üçün cəlb olunduğunu, xaricdə yaşayan moldovalıların isə onlayn kampaniyalarla hədəf alındığını və səsvermədən çəkindiyini iddia edib: “Keçən il AB ölkələrindəki on dörd seçki mərkəzi saxta bomba hədələri alıb”.
Moldova Prezidenti Avropa Parlamentini ölkəsinin sınaq sahəsi ola biləcəyi barədə xəbərdar edərkən, Rusiyanın müdaxiləsi və hibrid savaş üçün Avropanın hədəf olduğunu bildirib: “Kremlin hədəfi aydındır. Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün bir platformaya çevirmək istəyirlər”.