
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Moldovanın separatçı Dnestryanı regionundakı orqanları mayın 13-də paytaxt Tiraspolda yanacaq deposuna və çağırış mərkəzinə hücum cəhdi olduğunu bildiriblər.
Rusiyanın dəstəklədiyi regionda son həftələr bir neçə oxşar insidentlə bağlı xəbərlər qonşu Ukraynadakı münaqişənin oraya keçəcəyi sarıdan narahatlığı artırıb.
Qondarma “Daxili İşlər Nazirliyi”nin bəyanatında deyilir ki, səhər 4:15 radələrində bir müəssisənin yanacaq deposu yaxınlığında maşın saxlayıb, bir nəfər düşərək binaya “Molotov kokteyli” ataraq qaçıb.
Məlumatda otun alışdığı, “dərhal” söndürüldüyü bildirilir.
30 dəqiqə sonra isə Tiraspolda çağırış mərkəzinə “iki “Molotov kokteyli”nin atıldığı” xəbər verilir.
“Biri səkidən düşüb, digəri pəncərənin barmaqlığına dəyib. Yanğın təhlükəsizlik xidməti tərəfindən dərhal söndürülüb”, – nazirlik bildirir.
Dnestryanı 1990-cı ildə Kişinyovdan “müstəqilliyi”ni elan edib. Tərəflər 1992-ci ildə qısamüddətli müharibə aparıblar. Rusiya separatçıların tərəfindən münaqişəyə müdaxilə edib. Moskvanın regionda 2 minədək əsgəri var.
Rusiya generalı bu yaxınlarda deyib ki, Moskvanın işğalının məqsədi Ukraynanın cənubundan Dnestryanıya quru dəhlizi açmaqdır.
Ukrayna daha öncə Dnestryanıdan gələn xəbərləri Rusiyanın hərbi müdaxiləyə əsas yaratmaqdan ötrü regionda sabitliyi pozmaq cəhdi kimi yozub.
Avropa İttifaqı mayın 4-də Moldovaya hərbi yardımı artırmağa boyun olub.