2014-cü ilədək populyar deyildilər
Ukraynada millətçiliyi alovlandıran Kreml oldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Ukraynada millətçiliyin yaranışı Çar Rusiyası dönəminə təsadüf edir. Bolşevik Rusiyası ilə 1921-ci ilədək olan mücadilə, sovetləşmə, kollektivləşmə dövründə Holodomor (aclıq), Qırmızı Terror Ukrayna millətçiliyini daha da gücləndirdi.
Sovetlər dönəmində milli kimlik mübarizəsi, Ukrayna dilinin sıxışdıırlması və “ruslaşdırılması” əleyhinə dissident çıxışlar, habelə ukraynalı mühacirlərin fəaliyyəti bu millitəçiliyi diri saxlayıb. Yəni keçmiş SSRİ-yə daxil olan bir çox respublikalarda olduğu kimi Ukraynada da millətçiliyin alovlanması Kremlin milli ayrı-seçkilik siyasətinin təzahürü olub. Amma indi Kreml təbliğatçılarının istinad etdiyi faşizm mövzusu xeyli uydurmadır.
Bəli, Ukraynada radikal millətçi və neofaşist qruplar var. Amma bu qruplar 2014-cü ilədək cəmiyyətdə populyar deyildilər. Bu qrupa bağlı gənclərin Kiyev kimi şəhərdə gecəyarısı əcnəbilərə hücumlarını eşitsəm də, siyasi arenada heç vaxt ciddi siyasi qüvvə kimi müşahidə etməmişəm.
2014-cü ildə Krımın işğalından sonra ölkədə artan milli duyğular üç millətçi partiya – Xalq Cəbhəsi, Azadlıq və Sağ sektora Ali radada 89 deputat yeri qazandırdı. Bu qrupların ortaq namizədi Arseniy Yesenyuk isə cəmi 2 il baş nazir oldu.
2019-cu il parlament seçkilərində millətçilər ciddi məğlubiyyətə uğradılar. Ali Rada əsasən liberal-mərkəzçi, mühafizəkar və liberal-sosialist deputatlardan ibarət formalaşdı. Hazırda Zelenskinin de-fakto lideri olduğu Xalqın xidmətçisi partiyası Radada yerlərin 43 faizinə sahibdir və liberal-sosialist platformaya malikdir.
Zelenski isə son 8 ildə ölkəyə rəhbərlik edən ikinci yəhudi əsilli siyasi xadimdir. O prezident seçilənədək ölkənin 3 il baş naziri olmuş Vladimir Qroysman da yəhudi ailəsində doğulub.
Gələk, millətçi paramilitarist qruplara. Ukrayna 2014-cü ildə işğala məruz qalan kimi radikal-millətçi qruplar müxtəlif özünmüdafiə dəstələri yaradaraq, Donetsk və Luqanskın müdafiəsinə qoşuldular. Belə qruplardan ən məşhuru Azov batalyonu olub və onların 2014-2019-cu illərdə müharibə cinayətləri törətməsinə dair əsaslı iddialar var. Yenə də qeyd edim ki, faşist baxışlara malik qrupların ortaya çıxmasına zəmin yaradan məhz Kremlin işğalçı fəaliyyəti olub. 2014-cü ildə işğal başlamasaydı, bu qruplara yaşıl işıq yandırılmazdı. Heç şübhəsiz ki, Ukraynada Rusiya işğalı dəf edilib, sabitlik yarananda bu qruplar ya ləğv ediləcək, ya da güc strukturlarının tabeliyinə veriləcək.