vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
19:16 | 30 mart 2022 | Çərşənbə Məqaləyə 515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abramoviçin ağlı

Kiyev-Moskva arasında vasitəçilik onu sanksiyadan qurtaracaqmı?

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı oliqarx Roman Abramoviç nədən Moskva ilə Kiyev arasında vasitəçilik edir və nədən hər iki tərəf onun vasitəçiliyinə ehtiyac duyur? Roman Abramoviçin rusiyalı oliqarxlar arasında xüsusi yeri var.

O, 1990-cı illərin əvvəllərində varlandıqdan və oliqarxa çevrildikdən sonra Londonda qərar tutdu, ingilislərin rəğbətini qazanmaq üçün məşhur futbol klubu “Çelsi”ni aldı. Bu klubun elə böyük uğurları yox idi. Ancaq elə ki, işin başına Abramoviç keçdi və rusiyalı milyarder sandığın ağzını açdı, klubun uğurları ildən-ilə artdı. Rusiya prezidenti Vladimir Putin Abramoviçi Londona elə-belə buraxmadı. O Abramoviçi bir ara Rusiyanın ən ağır bölgələrindən – Çukotkaya qubernator təyin etdi. Putinin məqsədi o idi ki, Abramoviç yığdıqlarının bir hissəsini Rusiyanın soyuq bölgəsi üçün də xərcləsin. Abramoviç simiclik etmədi, bölgəyə xeyli yatırım qoydu. Abramoviç Çukotkaya kifayət qədər pul xərclədikdən sonra Putindən onu buraxmasını istədi. Putin ona mane olmadı və Abramoviç bir daha dəbdəbəli Londondan soyuq Çukotkaya getmədi.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Abramoviçin də ağır günləri başladı. O tələsik “Çelsi” ilə vidalaşdı, onun Qərbdəki bank hesabları donduruldu, bahalı gəmisi sanksiya altına düşdü. Abramoviç bu ağır vəziyyətdə ağlını işə saldı və topladığı pulları və mülkləri itirməmək üçün Kiyevlə Moskvaya vasitəçiliyini təklif etdi. Bu təklif Ukrayna prezidenti Vladimir Zelenskinin xoşuna gəldi və təsadüfi deyil ki, o Abramoviç üçün Qərbə ağız açdı ki, ona qarşı sanksiyalar tətbiq olunmasın. Putin də Abramoviçin vasitəçiliyinə etiraz etmədi. Kiyevlə danışıqlar aparmaq üçün Putinə rəsmi kanallarla yanaşı qeyri-rəsmi kanallar da lazımdır və Abramloviç həmin funksiyasını yerinə yetirməyə başladı.

Roman Abramoviç İstanbuldakı danışıqlarda müşahidəçi kimi iştirak edib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın əlini sıxan Abramoviç ona minnətdarlığını bildirib. Türkiyə mediası günlərdir bu haqda yazır, reportajlar yayımlayır. Rusiya ilə Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bunda Abramoviçin də kiçik rolu olacaq. Abramoviç düşünür ki, bəlkə onun bu roluna görə Qərb ondan əl çəkər və o banklardakı hesablarını, London və digər şəhərlərdəki mülklərini geri qaytara bilər...