vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DÜNYA  
12:12 | 31 mart 2022 | Cümə axşamı Məqaləyə 612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya “Z” hərfini necə gözdən saldı

Almaniyada “Z” hərfindən müharibəyə dəstək rəmzi kimi istifadə cinayət məsuliyyəti daşıyır

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada “Z” hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. “Reuters” agentliyi yazır ki, bunu martın 30-da Berlin torpağının daxili işlər naziri bildirib.

Nazir deyib ki, şəhərin hakimiyyət orqanları “Z” rəmzindən istifadə olunması hallarına qarşı qəti mübarizə aparacaq.

Bundan əvvəl eyni bəyanatla Bavariya və Aşağı Saksoniya torpaqlarının rəhbərliyi çıxış edib.

Almaniya federal hökumətinin Daxili İşlər Nazirliyi bildirib:

"Əlbəttə Z hərfi qadağan olunmur, lakin bu hərfdən bir sıra fərdi hallarda Rusiyanın təcavüzkar müharibəsinə dəstək rəmzi kimi istifadə edilə bilər”.

***

Rusiya Ukraynaya müdaxilə edən hərbi texnikasını “Z” hərfi ilə işarələyir.

Məntiqi müxtəlif cür izah edilsə də, “Z” hərfi Ukraynada aparılan müharibəyə dəstək simvoluna çevrilib.

Bu rəmz Rusiyanın dövlət telekanallarında, mediada və küçə plakatlarında geniş reklam olunur.

Bəziləri bunu Ukrayna prezidenti Vladimir Zelenskinin soyadı, Qərb (Zapad) Hərbi Dairəsi və sairlə bağlayırlar.

Rəmzin təfərrüatları rəsmi şəkildə açıqlanmayıb.

Martın 30-da Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib:

"Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə cinayət aktıdır və təcavüzü açıq şəkildə dəstəkləyən hər bir kəsin hərəkəti cinayət əməli hesab olunur. Federal təhlükəsizlik orqanları bu məsələyə göz qoyur”.

***

Bu arada “Samsung” bəzi Avropa ölkələrində öz smartfonlarının adındakı Z hərfini yığışdırıb.

Şirkət bu dəyişikliyi hələ ki, yalnız Estoniya, Litva və Latviya saytlarında edib.

“Samsung” şirkəti bu addımı barədə ayrıca açıqlama verməyib.

Şirkət bu işarədən 2020-ci ildən özünün qatlanan “Samsung - Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” brendlərində istifadə edir.

Samsung martın əvvəlindən Rusiyaya öz telefonlarının ixracını dayandırıb. Öz emblemində “Z” hərfindən İsveçrənin Zurich Insurance sığoprta şirkəti də imtina edib.